İran və rusiya Xəzər akvatoriyasında hərbi-dəniz təlimləri keçirməyi planlaşdırır. Baki-xeber.com-un utro.ru saytına istinadən xəbərinə görə, bu barədə FARS agentliyinə İran hərbi-dəniz qüvvələrinin komandanı, kontr-admiral Həbibulla Səyyar açıqlama verib.
Təlimlər bir gün, ya da gün yarım çəkəcək. Səyyar onu da deyib ki, ötən bazar günü bir qrup İran gəmisi Həştətxana göndərilib. Kontr-admiralın sözlərinə görə, bu gəmilər Rusiya limanına iki ölkə arasında sülh və dostluq məqsədilə göndərilib. İran İslam Respublikasının döyüş gəmiləri dəstəsi isə qeyri-rəsmi vizitlə Həştərxan sahillərinə ötən çərşənbə günü yan alıb. İran flotiliyasının tərkibində "Dəmavənd” raket esminesi, həmçinin "Cosxan” və "Peykan” raket gəmiləri yer alır.