BMT-nin Dəməşq yaxınlığında düşmən əhatəsində olan ərazilərdə yaşayan dinc sakinlərə humanitar yardım şəklində göndərdiyi peçenyelər vaxtı keçmiş çıxıb. Bu barədə baki-xeber.com Associated Press agentliyinə istinadən xəbər verir.
Xəbərdə bildirilir ki, Zəbadani və Madayya şəhərlərinə göndərilən 650 qutu ərzaqdan 320 qutu peçenye olub ki, onların da istifadə müddəti sentyabr ayında bitib. "Biz təsdiqləyə bilərik ki, bu, yükləmə prosesində insanların səhvi üzündən baş verib” – deyə BMT-nin Suriyadakı humanitar əlaqələndiricisi Yakub əl Hillo bildirib.