Dağıstanın Unsukulsk rayonunun Gimri kəndində xüsusi rejimin tətbiq olunmasının ardından səhər saatlarında güc strukturlarının bölməsi ilə silahlılar arasında atışma çıxıb. Bu barədə baki-xeber.com «Интерфакс»a istinadən xəbər verir.
Respublika hüquq-mühafizə orqanlarının açıqlamasına görə, xüsusi əməliyyat nəticəsində "İslam dövləti”nə sədaqət andı içmiş silahlı məhv edilib.
"Əməliyyat-axtarış tədbirləri zamanı güc strukturlarının əməkdaşları terrorçu-təxribatçının gizləndiyi evi aşkarlayıb və mühasirəyə alıb. Təslim olma əmrinə tabe olmayan Abdulla Nastupayev hüquq-mühafizə qüvvələrinə atəş açıb. Cavab atəşilə o məhv edilib ” – deyə RİA”Novosti”nin əməkdaşına məlumatlı mənbələrdən bildirilib.
Mənbənin xəbərinə görə, Nastupayev axtarışda olub.