Prezident İlham Əliyev Baş nazirin birinci müavini Yaqub Eyyubovu "Şərəf” ordeni ilə təltif edib. Prezidentin bununla bağlı imzaladığı Sərəncamda deyilir:
Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 23-cü bəndini rəhbər tutaraq qərara alıram: Azərbaycan Respublikasının sosial-iqtisadi inkişafında səmərəli fəaliyyətinə görə Yaqub Abdulla oğlu Eyyubov "Şərəf” ordeni ilə təltif edilsin.
İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 23 oktyabr 2015-ci il.