Bu gün bütün müsəlman dünyasında Aşura günü qeyd olunur. Sonuncu Peyğəmbər Məhəmməd əleyhüssəlamın nəvəsi, İmam Əlinin oğlu Hüseynin şəhid olduğu bu tarix min illərlə insanların zəncir vurması, baş yarıb qan çıxarması ilə keçirilib. Azərbaycan isə son illər bunun daha sivil yolunu tapıb. Belə ki, artıq neçə illərdir bugünkü gün ölkənin bir çox iri məscidlərində qanvermə aksiyası keçirilərək, toplanan qan talassemiyalı xəstələrin ehtiyaclarına sərf olunur. Xəstələrə şəfa tapmaqda yardım isə ən böyük savabdır.
Baki-xeber.com