İranın informasiya-kommunikasiya texnologiyaları naziri Mahmud Vaizi Rusiyanın İrana 5 milyard dollarliq kredit xətti açacağını açıqlayıb. Baki-xeber.com bu barədə Anadolu Agentliyinin xəbərinə əsasən bildirir.
İranda rəsmi səfərdə olan Rusiyanın enerji naziri Aleksandr Novakla görüşdən sonra düzənlənən mətbuat konfransında Mahmud Vaizi deyib ki, tərəflər 5 milyardlıq kredit tranşının açılması ilə bağlı razılıq əldə edib. İranlı nazir onu da deyib ki, 50 iri kompaniyanın rəhbərlərinin daxil olduğu nümayəndə heyətinin İrana gəlməsi Rusiyanın bu ölkə ilə iqtisadi münasibətlərini genişləndirmək niyyətindən xəbər verir.
"Biz Rusiya biznesi üçün münbit zəmin yaradacağıq. İki ölkə arasında hazırda ticarət dövriyyəsi 1 milyard 700 milyon dollar təşkil edir. Biz bu rəqəmi böyütməkdə qərarlıyıq” – deyə Vaizi bildirib.