ABŞ, Rusiya, Türkiyə və Səudiyyə Ərəbistanı xarici siyasət idarələri başçılarının Suriya böhranının siyasi həllinin tapılması ilə bağlı Vyana müzakirələri başa çatıb. Bu barədə baki-xeber.com Anadolu Agentliyindən məlumat əldə edib. Məlumatda bildirilib ki, toplantıdan sonra Səudiyyə naziri əl-Cübeyr müzakirələrin nəticəsiz bitdiyini açəqlayıb. Ərəb nazirin sözlərinə görə, Suriyanın gələcəyilə bağlı danışıqlar Rusiya ilə davam etdiriləcək. Əl-Cübeyr onu da bildirib ki, müzakirələrə daha çox ölkənin cəlb olunması ilə bağlı qərar qəbul olunub. Suriya probleminin Cenevrə razılaşması çərçivəsində çözülməli olduğunu deyən ərəb nazir daha sonra bildirib:”Bütün tərəflər terrorizmdən qurtulmuş, demokratik Suriya arzusundadır. Biz həm də Suriya və regionda İŞİD-lə mübarizənin önəmini vurğuladıq”.