ABŞ, Rusiya, Türkiyə və Səudiyyə Ərəbistanı xarici siyasət idarələrinin başçıları Suriya böhranının siyasi həllinin tapılması ilə bağlı müzakirələr aparmaq üçün Vyanada toplaşıb. Bu barədə baki-xeber.com Anadolu Agentliyinə istinadən bildirir.
Xəbərə görə, dövlət katibi Con Kerri "İmperial” otelində keçən dördtərəfli görüş öncəsi Sergey lavrovla təkbətək söhbət edib. Söhbətin ardından Türkiyə XİN başçısı feridun Sinirlioğlu və səudiyyəli nazir Adil əl-Cübeyrin onlarla bir araya gəlməsilə dördtərəfli görüş başlayıb. Kerri jurnalistlərə görüşün detallarını açmayıb.