62 saylı Saatlı seçki dairəsindən deputatlığa namizəd Əflatun Amaşovun seçkiqabağı təbliğat-təşviqat kampaniyası davam edir. Ötən gün Ə.Amaşov Saatlı rayonunun Azadkənd kəndində seçicilərlə görüşüb. Rayon ağsaqqallarının, ictimaiyyət nümayəndələrinin toplaşdığı görüşdə "Bakı xəbər” qəzetinin baş redaktoru Aydın Quliyev, "Avrasiya” Mətbuat Fondunun rəhbəri Umud Mirzəyev, "Şərq” qəzetinin baş redaktoru Akif Aşırlı, "Xalq qəzeti”nin redaktoru Tahir Aydınoğlu çıxış edərək, Əflatun Amaşovun hər sahədə ona göstərilən etimadı doğrultduğunu bildirib, Saatlı seçiciləri də etimad göstərib ona səs verərlərsə, bu etimadın da doğrulacağina əminliklərini ifadə ediblər. Daha sonra görüş kənd camaatı ilə qonaqlar arasında maraqlı diskussiya şəklində davam edib.Baki-xeber.com