Suriya müxalifətinin "Fəth ordusu” qrupu Hama əyalətinin şimalında üç kəndi rejim qüvvələrindən təmizləmək üçün agır silahların tətbiqilə əməliyyat keçirib. Baki-xeber.com bu barədə xəbəri Anadolu Agentliyindən əldə edib.
"Fəth ordusu” nun səhra komandirlərindən biri Abdulcabbar Ahmed Agentliyin müxbirinə deyib ki, "Fəth ordusu” ağır silahlardan istifadə etməklə Həmanın şimalındakı Səhl əl-Qab düzündə Aştan, Maan və Zikeyk kəndlərini azad etmk məqsədilə əməliyyat keçirib. Onun sözlərinə görə, müxalifət qüvvələri Mənsurda taxıl anbarını ələ keçirib, eyni zamanda Həmanın şərqindəki Həmra məntəqəsində rejim qüvvələrinə ciddi itki yaşadaraq onun iki tankını məhv ediblər.
Səhra komandiri onu da deyib ki, "Fəth ordusu” Maanı atəşə tutmaqda davam edir. Onun sözlərinə görə, Əsəd qüvvələrinin qərargahı burada yerləşir. Bundan başqa, müxalifət Həmaya şərq istiqamətindən də həmlə edir.