Turkish Airlines İstanbulda bu gün gözlənilən pis hava şəraiti ilə əlaqədar olaraq 25 reysini təxirə salıb. Bu barədə baki-xeber.com Anadolu Agentliyinə istinadən bildirir. Xəbərdə bildirildiyinə görə, həmin reyslər İstanbulun hər iki – həm Tatürk Hava Limanı, həm də Sabiha Gokçen Hava Limanından gerçəkləşməli idi. Xəbərdə təxirə salınan reyslərin siyahısı da yer alır.