WikiLeaks saytı Mərkəzi Kəşfiyyat İdarəsinin (MKİ) sədri Con Brennanın məxfi yazışmalarının ikinci partiyasını yayıb. Bu barədə baki-xeber.com utro.ru saytına istinadən xəbər verir.
Xəbərdə bildirilir ki, yayılan sənədlər arasında 7 noyabr 2008-ci il tarixində ABŞ-ın Əfqanıstan və Pakistanda dövlət strategiyası ilə bağlı tövsiyələr, eyni zamanda Brennanın yazışdığı ünvanların siyahısı yer alır.
Qeyd edək ki, ifşaçı sayt Brennanın məxfi yazışmalarının birinci partiyasını bu yaxınlarda ictimai müzakirəyə çıxarmışdı. Həmin məktublarda ABŞ – İran münasibətləri, "soyuq müharibə”nin ardından və 11 sentyabr faciəsindən sonra Amerika kəşfiyyatının problemləri və sorğulama zamanı işgəncələrin tətbiqi mövzularına toxunulurdu. Bu məktubların faş edilməsindən sonra MKİ bəyan etmişdi ki, "dərc olunan məktubların "məxfi” qrifi altında olması barədə heç bir sübut yoxdur”.