Rusiya aviasiyası sutka ərzində 53 uçuş həyata keçirərək terroristlərin Suriyada 72 obyektinə aviazərbələr endirib. Baki-xeber.com-un vesti.ru saytına istinadən xəbərinə görə, bu barədə RF Müdafiə Nazirliyinin rəsmi nümayəndəsi, general-mayor İqor Konaşenkov bəyan edib.
"Ötən sutka ərzində Su-24, Su-25SM təyyarələrinin ekipajları Suriyanın Xmeymim aeroportundan qalxaraq 53 döyüş uçuşu həyata keçirib və Hama, İdlib, Latakiya, Dəməşq, Aleppo və Deyr əz-orda terroristlərin 72 obyektinə zərbələr endirib”- deyə Konaşenkov "Rossiya-24” telekanalının efirində bildirib.