Əsəd qüvvələri Suriyanın Lazkiyə əyalətinin Bayırbucaq türkmən regionunu top atəşinə məruz quyub. Bu barədə baki-xeber.com Anadolu Agentliyinə istinadən bildirir.
Agentliyin yerli mənbələrdən əldə etdiyi xəbərə görə, Əsəd qüvvələri Lazkiyənin nəzarətlərində olan ərazisindən türkmənlərin yaşadığı, müxalifətin nəzarətində olan kəndləri toplardan atəşə tutub. Bu, Türkiyə sərhədlərinə yaxın ərazilərdə yerləşən Murtlu, Kələz, Karaman, Sallur, Kepir və Sərraf kəndləridir. Atəş nəticəsində 3 nəfər dinc sakin yaralanıb, kəndlərdəki evlərə və tikililərə ziyan dəyib.