Rusiya DİN-in rəsmi nümayəndəsi Yelena Alekseyeva DİN və FTB-nin birgə əməliyyatı nəticəsində "Hizbut-Təhrir əl-İslami” terror təşkilatının fəal üzvlərindən biri tutulub. Bu barədə baki-xeber.com kommersant.ru saytına istinadən bildirir. Tacikistan vətəndaşı olan təşkilat üzvünün tutulma zamanı ciddi müqavimət göstərdiyi bildirilir.
"Müəyyən edilib ki, saxlanan şəxs terrorçu qruplaşmanın Moskva özəklərindən birinin başçısıdır və burada aktiv təbliğat aparmaqla sıralarına yeni üzvlər cəlb etmək, Rusiya ərazisində İslam xilafəti qurmaq istiqamətində iş aparır. Bu məqsədlə o, hətta hakimiyyətə qarşı çıxma, ölkənin hüquq-mühafizə orqanlarına tabe olmama kimi çağırışların əks olunduğu vərəqələr də yayırmış” – deyə Alekseyeva bildirib.
Daha öncə verilən xəbərə görə, Moskvada "İslam dövləti” ilə əlaqəsi olan özək üzvləri saxlanıb. Paytaxtın daxili işlər orqanından bildirilib ki, polis bölməsinə 100 nəfərə yaxın şəxs gətirilərək onların "Hizbut-Təhrir əl-İslami” terror təşkilatına bağlı olub-olmadığı yoxlanıb.