Rusiya prezidenti Vladimir Putinlə Suriya prezidenti Bəşər Əsədin görüşündə Suriyada yerüstü əməliyyatların da başladılması ilə bağlı müzakirələr aparilib. Baki-xeber.com-un Anadolu Agentliyinə istinadən xəbərinə görə, RF xarici işlər nazirinin müavini Sergey İvanov bu barədə Soçidə çıxışı zamanı bildirib. O əlavə edib ki, Moskva Səudiyyə Ərəbistanı, Türkiyə, Misir, İordaniya, İraqŞ ABŞ və Avropanın Suriyada terrorizmə qarşı geniş bir koalisiya yaradacağını düşünür.
İvanovun fikrincə, İŞİD və "Ən-Nüsra cəbhəsi” ilə yerüstü əməliyyatları Suriya ordusu və kürd könüllü birləşmələri aparmalıdır. Nazir müavini yerüstü əməliyyatların vacibliyini həm də Suriyada İŞİD-in köməyinə Nigeriyadan "Boko-Haram”ın gəlməsilə izah edib. Onun fikrincə, təkcə göydən bombalamaqla bu müharibədə uğur əldə etmək mümkünsüzdür.