Bəzi kütləvi informasiya vasitələrində Bakı şəhər sakini Rasim Əliyevin avqustun 8-də Bayıl qəsəbəsi ərazisində bir qrup şəxs tərəfindən döyülərək çoxsaylı bədən xəsarətləri ilə xəstəxanaya yerləşdirilməsi və aldığı xəsarətlərdən orada ölməsi faktına görə Bakı şəhər prokurorluğunda başlanmış cinayət işi üzrə guya istintaq hərəkətlərinin aparılmaması və məhkəmə-tibb ekspertizası rəylərinin istintaqa təqdim edilməməsi barədə məlumatlar dərc edilmişdir.
Baş Prokurorluğun mətbuat xidmətinin rəhbəri Eldar Sultanov baki-xeber.com-a açıqlamasında həmin informasiyaların həqiqəti əks etdirmədiyini bildirib: "Göstərilənlərlə bağlı bildiririk ki, həyata keçirilmiş təxirəsalınmaz istintaq və əməliyyat-axtarış tədbirləri nəticəsində cinayətin törədilməsində şübhəli bilinən şəxslərin dairəsinin qısa müddət ərzində müəyyənləşdirilərək məsuliyyətə cəlb olunması və digər zəruri istintaq hərəkətlərinin yerinə yetirilməsi təmin edilmişdir.