Milli Təhlükəsizlik Nazirliyinin (MTN) barələrində həbs qətimkan tədbiri seçilmiş daha 3 əməkdaşının adı məlum olub. Trend xəbər verir ki, onlar MTN Monitorinq Mərkəzinin əməkdaşları Anar Şirəliyev, Eşqin Əliyev və Elşad Əzizovdur.
Bu şəxslər də Cinayət Məcəlləsinin 308.2, 309.1 və 302.2-ci maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb olunaraq, həmin maddələrdə nəzərdə tutulan ittiham elan edilməklə məhkəmənin müvafiq qərarları ilə barələrində həbs qətimkan tədbiri seçilib.