Rusiya xarici işlər nazirinin müavini Sergey Ryabkov Suriya prezidenti Bəşər Əsədin Moskvaya rəsmi səfər etməsinə Ağ evdən verilən reaksiyanın onda təəssüf hissi doğurduğunu bildirib. Baki-xeber.com bu barədə TASS agentliyinə istinadən bildirir.
Səfərin regiondakı böhranın siyasi həllinin axtarılması xarakteri daşıdığını bildirən Ryabkov Ağ Evin şübhələrindən məyus olduğunu deyib və qeyd edib ki, "Rusiya prezidentinin Suriyanın qanuni seçilmiş prezidenti ilə açıq söhbəti siyasi çözümün tapılmasında birinci dərəcəli əhəmiyyət daşıyır”.
"Biz təəssüf edirik ki, böyük hesabla ABŞ-ın siyası səhvləri üzündən yaranmış Yaxın Şərq probleminin ən yüksək səviyyədə həllinə yönəlik səylərimiz Ağ Ev tərəfindən şübhə altına alınır” – deyə rusiyalı nazir müavini bildirib.
Xatırladaq ki, Ağ Ev Əsədin Moskvada "təntənəli qəbuluna” əsəbi reaksiya verərək rusiya hökumətinin bu addımını sərt tənqid edib.