Birləşmiş Ştatlar Rusiya hökumətinin Suriya prezidenti Bəşər Əsədin Moskvada "təntənəli şəkildə qarşılanma” qərarına sərt etiraz edib. Baki-xeber.com bu barədə Reuters-ə istinadən xəbər verir.
"Biz hesab edirik ki, öz vətəndaşlarına qarşı kimyəvi silahdan istifadə edən Əsədin "təntənəli qəbulu” Rusiyanın Suriyada yürütdüyünü elan etdiyi siyasətə ziddir” – deyə Ağ Evin rəsmi nümayəndəsi Erik Şults bildirib.
Dmitri Peskov isə bəyan edib ki, Putinin Əsədlə görüşü üç saat çəkib. 21 oktyabr tarixində Peskov Əsədin Moskvaya işgüzar səfər edəcəyi barədə xəbər yayıb. Prezidentlərin görüşü barədə isə yalnız görüş bitdikdən sonra məlumat verilib.