Oktyabrın 20-də Sumqayıt şəhərində qətl hadisəsi törədilib. Bu barədə baki-xeber.com Daxili işlər Nazirliyinin mətbuat katibliyindən məlumat alıb. Məlumata görə, Almurad Babayevin evində baldızı Rəbiyyə Sultanova münaqişə zəminində ona bıçaqla xəsarət yetirib. Dərhal xəstəxanaya çatdırılsa da, A.Babayevi xilas etmək mümkün olmayıb.
Sumqayıt ŞPİ 1-ci PB əməkdaşlarının həyata keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində R.Sultanova tutulb.