ABŞ vitse-prezidenti Cozef bayden Ağ Evin Çəhrayı bağında çıxışı zamanı bəyan edib ki, 2016-cı ilin prezident seçkilərində iştirak etməyəcək. Bu barədə baki-xeber.com kommersant.ru saytına istinadən xəbər verir.
CNN-in xəbərinə görə, siyasətçinin bu qərarı verməsinə oğlunun ölümü də təsir edib. Cənab Bayden əlavə edib ki, başına gələn faciəyə baxmayaraq, seçkilərdə özünün Demokratlar partiyasına köməyini davam etdirəcək. Bununla da Cozef Bayden Demokratlar partiyasının digər namizədi Hillari Klintonun önünü açmış olub.
Cozef Baydenin 46 yaşlı oğlu Bo Bayden bu ilin may ayında beyin xərçəngindən dünyasını dəyişib. İllər öncə siyasətçi həyat yoldaşı Nelyanı və 13 aylıq qızını avtomobil qəzasında itirib. Bayden bəyan edib ki, oğlunun xatirəsinə xərçəngə qarşı mübarizə aparan fondlara hər zaman dəstək verəcək.