Rəsmi Qətər bəyan edib ki, Suriyaya müdaxiləni istisna etməsələr də, münaqişəni siyasi yolla çözməyə üstünlük verirlər. Baki-xeber.com-un Reuters-ə istinadən xəbərinə görə, bu barədə CNN-in ərəb xidmətinə müsahibəsində Qətərin XİN başçısı Xalid Əl-Ətiyyə bildirib.
Qətər Suriyaya hərbi müdaxiləni istisna edən Səudiyyə Ərəbistanının mövqeyini dəstəkləyirmi sualına cavabında nazir deyib:”Suriya və xalqının bölünməməsi xatirinə, biz qardaş ölkələrimiz Türkiyə və Səudiyyə Ərəbistanı ilə birgə hər bir imkanı dəyərləndirəcəyik ki, bu baş verməsin. Hətta hərbi müdaxilə Suriya xalqını qəddar rejimdən qoruyarsa, biz bunu da edərik” – deyə o bildirib.