"Azərbaycanı ikinci telekommunikasiya peyki üçün Şimalı Amerikanın Space Systems/Loral şirkətini seçməsi münasibəti ilə təbrik edirik”.
APA-nın məlumatına görə, bu barədə ABŞ-ın Azərbaycandakı səfirliyinin şirkətin "Azərkosmos” ASC tərəfindən Azərbaycanın ikinci telekommunikasiya peykinin istehsalçısı seçilməsi ilə bağlı bəyanatında deyilir.
Bəyanatda qeyd olunub ki, Azərbaycanın ikinci telekommunikasiya peyki olacaq "Azerspace-2" "Azerspace-1"-in təcrübəsi və imkanları zəminində yaranacaq: "Azerspace-2 vasitəsilə Azərbaycanın telekommunikasiya imkanları inkişaf edir. ABŞ səfirliyi Amerika şirkətlərinin Azərbaycanda yüksək texnologiyaların inkişafına təkan verməsindən qürur duyur”.