Onun sözlərinə görə, iqtisadiyyatda inkişaf etdirilməsi zəruri olan sahələr olduqca genişdir və hökumətin hazırkı əsas məqsədi qeyri-neft sektorunu inkişaf etdirməkdən ibarətdir: "Hazırda gündəmdə olan məqsəd qeyri-neft sektorunun inkişaf etdirilməsidir. Lakin bu sahədə müxtəlif lisenziyalaşmalar, müxtəlif prosedurlar yaradılıb ki, bu da hazırkı şəraitdə orta və kiçik sahibkarlığın inkişafına maneçilik törədir. Bunu nəzərə alaraq Prezident İlham Əliyev sözügedən fərmanı verməklə çox vaxtında və çox faydalı bir yenilik elədi".
Millət vəkili qeyd edib ki, bu fərmanla bu günə qədər müxtəlif hökumət qurumları tərəfindən verilən və bəzən bir-birilərini təkrarlayan lisenziyalar və xüsusi razılıqlar, yəni bu kimi bürokratik əngəllər aradan qalxacaq.