Cümə axşamı günü, 05 noyabr 2026
     

Fikrət Yusifov sahibkarları Prezidentin yaratdığı şəraitdən sui-istifadə etməməyə çağırdı

Image


Baki-xeber.com "Ekonomiks” Beynəlxalq İqtisadi Araşdırmalar Birliyinin sədri, iqtisad elmləri doktoru, professor Fikrət Yusifovun "Trend”ə müsahibəsini təqdim edir:

- Fikrət müəllim, əvvəlcə istərdik ki, Prezidentin sədrliyi ilə Nazirlər Kabinetinin 9 ayın sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş iclas barədə ümumi fikirlərinizi eşidək...

- Fikrimcə, bu müşavirə və ən əsası Prezidentin çıxışı artıq bir neçə ildir ki, Azərbaycanın yeni dönəm üçün formalaşdırılan iqtisadiyyatının daha sürətli inkişafına təkan verəcək xüsusi hadisə kimi qiymətləndirilməlidir. Dövlət başçısının fundamental əsaslara və ayrı-ayrı sahələr üzrə real vəziyyətə dair səhih informasiyalara söykənən çıxışı hələ uzun müddət təhlil olunacaq. Bilirsiniz ki, dünya bazarlarında neftin qiymətlərinin kəskin ucuzlaşması səbəbindən ölkəyə daxil olan gəlirlər azalıb. Bu vəziyyət də sözsüz ki, məsələlərə yeni yanaşma və adekvat addımlar tələb edir. Bu addımların da nədən ibarət ola biləcəyini, hansı dəyişikliklərə ehtiyac olduğunu dövlət başçısı dəqiqliklə göstərdi və demək olar ki, hər bir sahə üzrə konkret fəaliyyət istiqamətlərinin aydın mənzərəsini yaratdı. Prezident kifayət qədər açıq danışaraq həm əldə olunmuş uğurlardan, həm də sürətli inkişafımıza əngəl olan xoşagəlməz hallardan bəhs etdi. Həmin çıxışı izləmiş vətəndaşlar da gördülər ki, Prezident ölkə problemlərinə, vətəndaşların sosial rifahına, eləcə də sahibkarları narahat edən problemlərə necə hassaslıqla yanaşır, Azərbaycanın mənafeyinə zərər yetirən ən xırda məqamlara qarşı sərt və prinsipial münasibət bəsləyir.

- Prezidentin çıxışında daha çox hansı məqamlar diqqətinizi çəkdi?

- Bilirsiniz, cənab Prezidentin hər bir çıxışı ölkənin gələcəyini düşünən, dövlətinə dəstək verməyə çalışan insanlar üçün xüsusi əhəmiyyət kəsb edir. O baxımdan ki, bu çıxışlarda hər dəfə yeni informasiyalar olur, prioritet istiqamətlərlə bağlı konkret fikirlər səsləndirilir və bütün bunlar ictimai aktivliyi olan şəxslər üçün də önəmlidir. Amma sözsü ki, bir iqtisadçı kimi məni bu çıxışlardakı iqtisadi məsələlərə dair məqamlar daha çox maraqlandırır. Son müşavirədəki çıxışda isə sahibkarlıq və bu sahənin inkişafının sürətləndirilməsinin zəruriliyi barədə fikirlər xüsusilə diqqətimi çəkdi.

- Necə düşünürsünüz, neft gəlirlərinin azalması fonunda hökumətin atdığı addımlar situasiyaya adekvatdırmı?

- Dünyada gedən proseslər və xüsusən neft qiymətlərinin kəskin aşağı düşməsi səbəbindən gəlirlərimizin azalması hər kəsə məlum olan həqiqətdir. Neftdən asılılığı minimuma endirmək üçün hökumət zəruri tədbirləri hələ ötən illərdən görür, xüsusi dövlət proqramları və layihələr hazırlanır. Burada bir məqama diqqətinizi yönəltmək istərdim. Bəzi ekspertlər bir çox hallarda məqsədli şəkidə belə şərhlər verirlər ki, guya Azərbaycan hökuməti heç vaxt neftdən asılılığa son qoymaq barədə düşünməyib və indi çıxılmaz vəziyyətdə qaldığından qeyri-neft sektorunun inkişaf etdirilməsinə maraq göstərir. Xeyir, qətiyyən belə deyil. İlham Əliyev Prezident seçildiyi ilk günlərdən Azərbaycan iqtisadiyyatının diversifikasiya edilməsinin vacibliyindən danışıb və sonrakı mərhələlərdə bu istiqamətdə konkret tədbirlər həyata keçirilib. Yeri gəlib deyə, Prezidentin düz 11 il əvvəl, Nazirlər Kabinetinin iclasında çıxış edərkən səsləndirdiyi bir fikri növbəti dəfə xatırlatmaq istərdim. O, ölkə iqtisadiyyatının neftdən asılılığına son qoyulmasının əsas hədəf olduğunu qeyd edərək belə demişdi: "Neft faktoru ölkəmizin iqtisadiyyatında böyük rol oynayacaq. Ancaq biz iqtisadi siyasətimizi elə qurmalıyıq ki, sanki Azərbaycanda neft yoxdur - daha doğrusu, Azərbaycan neft ölkəsi deyil”. Məhz Prezidentin həmin vaxtdan bəyan etdiyi bu kursun nəticəsidir ki, bu gün Ümumi Daxili Məhsulun tərkibində qeyri neft sektorunun payı 70 faizə çatıb.

 

- Sizcə sahibkarlıq fəaliyyətini inkişaf etdirməklə neftin qiymətlərində baş verən dəyişikliyə görə gəlirlərin azalmasını konpensasiya etmək mümkün olacaqmı?

- Sahibkarlığın və ümumən qeyri-neft sektorunun inkişaf etdirilməsinə yönəlmiş tədbirləri gəlir itkisini konpensasiya etmək məqsədinə hesablandığı barədə fikirlərlə razı deyiləm. Bu, müvəqqəti, mövsümi xarakter daşıyan tədbirlər deyil. Bayaq dediyim kimi, Prezident düz 11 il əvvəl bu yolu göstərib və o vaxtdan bu günə qədər kifayət qədər ciddi addımlar atılıb ki, ölkə iqtisadiyyatının neftdən asılılığına son qoyulsun. Bu, asan və qısa müddət tələb edən məsələ deyil. Azərbaycanın neft sənayesinin 200 ilə yaxın tarixi var. Biz bu sahədə bir çox ilklərə imza atmışıq. Azərbaycan dünyada ilk dəfə olaraq açıq dənizdə neft çıxarmağa başlamış ölkədir. Yəni neft bizim əsrlər boyu formalaşmış iqtisadi sistemimizin bazasını təşkil edib və bu da təbii haldır. İndi bəziləri deyir ki, Azərbaycan iqtisadiyyatında neft amili bir neçə ilə aradan qaldırılmalı idi. Axı bu, mümkün deyil. Neft faktoru üzərində möhkəmlənmiş iqtisadiyyatı qısa müddət ərzində şaxələndirmək olmur və bunu iddia edən adamlar ancaq cəfəngiyat danışırlar. Bu proses mərhələli şəkildə həyata keçirilməlidir və Azərbaycan da öz hədəfinə doğru sistemli və xüsusi proqramlarla "silahlanmış” şəkildə gedir. Sualınıza qayıdaraq bir daha vurğulamaq istəyirəm ki, Azərbaycanda sahibkarlığın və ümumi anlamda qeyri-neft sektorunun inkişaf etdirilməsi dövlətin əsas məqsədlərindən biridir və bu strateji xətt öz başlanğıcını İlham Əliyevin prezident seçildiyi ilk günlərdən götürür.

- Sahibkarlığın inkişafına əngəl olan hansı amilləri göstərə bilərsiniz?

- 9 ayın yekunlarına həsr olunmuş müşavirədə Prezidentin özü ölkədə sahibkarlığın inkişafına əngəl olan bütün məqamlar barədə açıq şəkildə danışdı və öz etirazını kifayət qədər sərt şəkildə ifadə etdi. Əlbəttə, sahibkarlığın inkişafının arzulanan səviyyədə olmaması ancaq subyektiv amillərlə bağlıdır. Bu sırada vəzifə səlahiyyətlərindən sui-istifadə edən yerli məmurların davranışını, şəxsi təşəbbüslərə söykənən lüzumsuz yoxlamaları, xüsusi lisenziyaların verilməsində süründürməçilik hallarını və yenə də ayrı-ayrı xırda məmurların qanunsuz yolla pul əldə etmək həvəsini göstərə bilərik ki, Prezident də məhz bu xoşagəlməz məqamlara diqqət yönəldərək onların aradan qaldırılması və sahibkarlığın yüksək səviyyədə inkişafına nail olunması üçün aidiyyəti qurumlara konkret tapşırıqlarını verdi. Elə ertəsi gün mətbuata verdiyim açıqlamada qeyd etmişdim ki, bu müşavirənin nəticəsi özünü çox gözlətməyəcək.

- Demək istəyirsiniz ki, gözləntiləriniz doğruldu?

- Bəli, gözləntilərimiz doğruldu. Lisenziya və xüsusi icazələrin verilməsi sahəsində yaranmış vəziyyətin aradan qaldırılması yolunda olduqca mühüm addım atıldı. Prezidentin oktyabr ayının 19-da "Sahibkarlıq fəaliyyətinin xüsusi razılıq (lisenziya) tələb olunan növlərinin sayının azaldılması, xüsusi razılıq (lisenziya) verilməsi prosedurlarının sadələşdirilməsi və şəffaflığının təmin edilməsi haqqında” imzaladığı Fərman təkcə lisenziyaların və xüsusi icazələrin deyil, bütövlükdə sahibkarlığın inkişafının qarşısında əngələ çevrilmiş bütün məqamların tezliklə aradan qaldırılması yolunda inqilabi bir dönüşün başlanğıcını qoydu. Çox sadə görünən bir işin – lisenziyanın əldə edilməsinin süni çətinliklərini yaşamış sahibkarlar Prezidentin bu addımını hər kəsdən daha çox alqışlayır. Eyni zamanda, Prezident İlham Əliyev tərəfindən qanunvericilik təşəbbüsü qaydasında Milli Məclisə sahibkarlıq sahəsində aparılan yoxlamaların dayandırılmasını nəzərdə tutan qanun layihəsi göndərilib və heç şübhə etmirəm ki, tarixi əhəmiyyət daşıyan bu sənəd Parlamentdə tezliklə qəbul olunacaq. Bilirsiniz ki, ayrı-ayrı nazirliklər Prezidentin tapşırıqlarına uyğun olaraq islahat xatakterli tədbirlərə başlayıblar və heç şübhəniz olmasın ki, bu proses davamlı olacaq. İndi əsas məsuliyyət sahibkarların üzərinə düşəcək. Prezident onların rahat və daha böyük həvəslə işləməsini təmin edən bütün addımları atır. Dünyanın heç bir ölkəsində sahibkarlara bu qədər diqqət və qayğı göstərilmir. Odur ki, indi gərək sahibkarlar da bunu qiymətləndirib, yaranmış vəziyyətdən sui-istifadə etməsinlər. Hər kəs üzərinə düşən məsuliyyəti layiqincə yerinə yetirməli və qanunla müəyyən edilmiş öhdəlikləri vaxtlı vaxtında icra etməlidirlər. Belədə həm onlar qazanacaq, həm də dövlət.



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Bunu səfir Birol Akgünə açıq məktubum kimi də oxuya bilərsiniz - Aydın QULİYEV yazır...

Məhkəmə hakimlərinin yeni "Etik Qaydaları"nda bir vacib məqam unuduldu...

Ramiz Mehdiyevin təltiflərdən məhrum edilməsinin hüquqi mexanizmləri var...

SON XƏBƏRLƏR

05.11.2026 / 14:33
Vuçiçin Moskvaya qaçan silahdaşlarının təyyarəsi Litva üzərindən geri qaytarıldı...

05.11.2026 / 14:14
Paşinyan Türkiyə gedir...

05.11.2026 / 14:06
Azərbaycanın konstitusiya tələbi Ermənistanda "baş-ayaq" təqdim olundu...

05.11.2026 / 13:50
Ermənistan hökuməti TRIPP-lə bağlı parlamentin fövqəladə iclasını çağırdı...

05.11.2026 / 13:43
"Azərbaycan radiosu milli yaddaşımızın və mədəni irsimizin etibarlı qoruyucularından biridir" - Əhməd İsmayılov

05.11.2026 / 13:39
Gələn ilin büdcəsində neftin qiyməti 65 dollar götürülüb

05.11.2026 / 13:25
Ünvanlı dövlət sosial yardımının məbləği artırılır...

05.11.2026 / 13:12
Ərdoğan Bakıya gəlir...

05.11.2026 / 13:04
Gələn il üçün yaşayış minimumu 314 manat müəyyən edilib

05.11.2026 / 12:57
“AİD Group” təhsil şirkətinin rəhbəri həbs olundu - dələduzluq, saxta sənədlər hazırlamaq ittihamı...

05.11.2026 / 12:40
Dronla İrandan Azərbaycana narkotik keçirilməsinin qarşısı alındı - DTX-dan əməliyyat...

05.11.2026 / 12:37
Putin və Cinpin Ağ Evin yeni zalında qonaq ola bilər - Tramp açıqladı...

05.11.2026 / 12:30
Mirzoyan Türkiyə ilə sərhədlərin hər an açıla biləcəyini deyir...

05.11.2026 / 12:20
Seçki məğlubiyyəti Ağ Evdə şok effekti yaratdı... Tramp dəyişikliyə hazırlaşır – Heqset və Rubio “vurula” bilər...

05.11.2026 / 12:09
​​​​​​​Nəqliyyat vasitələrinin utilizasiyası fondu ləğv edilir...

05.11.2026 / 11:57
Orta aylıq pensiya məbləğində 45 manat artım - 640 manat olacaq...

05.11.2026 / 11:43
Gələn il bir sıra sosial müavinətlər artırılacaq...

05.11.2026 / 11:25
BMT rəsmisi “ASAN xidmət” modelini digər ölkələr üçün nümunə adlandırdı

05.11.2026 / 11:07
Hörmüz boğazında minaya düşən iki tankerə köməyə gələn yedək gəmisi də alov aldı...

05.11.2026 / 10:51
Samvel Karapetyan barəsində 1 aylıq həbs qətimkan tədbiri seçildi...

05.11.2026 / 10:35
İranın lovğalanması Trampı hərbi əməliyyatları bərpa etməyə sövq edə bilər...

05.11.2026 / 10:31
Prezident: "Azərbaycan bundan sonra da Dayanıqlı İnkişaf Məqsədlərinin təşviqini dəstəkləyəcək"

05.11.2026 / 10:29
“ASAN xidmət” beynəlxalq maraq doğuran unikal Azərbaycan brendidir" - Prezident

05.11.2026 / 10:25
Dünya Azərbaycanlılarının VI Qurultayı keçiriləcək...

05.11.2026 / 10:25
Prezident İlham Əliyev beynəlxalq tədbir iştirakçılarına müraciət ünvanladı...

05.11.2026 / 10:16
Bakıda BMT İdarəetmə İnnovasiyaları Sammiti keçirilir

05.11.2026 / 09:52
Ukrayna Ryazanda neft zavodunu və Wildberries anbarını vurdu...

05.11.2026 / 09:28
Vens seçkilərdə respublikaçıların məğlubiyyətinin 4 əsas səbəbini açıqladı - buna dəydimi...

05.11.2026 / 09:10
SOCAR ABŞ-da 1,65 milyard dollarlıq aktiv alır - müqavilə imzalandı

05.11.2026 / 06:07
4 Knesset üzvü də Netanyahunu dəstəkləməyəcəyini açıqladı

05.11.2026 / 06:00
Tramp həm “impiçmentdən qorxmuram” dedi, həm də veto hüququnu xatırlatdı

04.11.2026 / 23:49
Macarıstan da Rusiya neft-qazından imtina edir…

04.11.2026 / 23:21
Prezidentin “Şərəf” ordeni ilə təltif etdiyi Kamran İmanov kimdir? - DOSYE

04.11.2026 / 21:40
Dünya Rusiyadan təhlükəsizlik təminatı istəyir, Rusiya isə Ukraynadan... Qalmaqal...

04.11.2026 / 21:19
Türkiyə Rusiyanın TDT üzvlüyünə rəsmi cavab verdi...

04.11.2026 / 21:04
Çində Ukraynaya sərfəli olmayan "yeni Yalta" sxemi hazırlanır...

04.11.2026 / 20:41
5 dövlət + NATO formatında Ukrayna ilə bağlı maraqlı müzakirə başladı...

04.11.2026 / 20:24
Tramp çox əlamətdar tarixi gündə İsrailə 4 milyardlıq hərbi yardımı kəsdi...

04.11.2026 / 20:07
Erməni mediası 2009-dan sonra Türkiyədə verdiyimiz yatırımlara qəribə izah verir... Guya...

04.11.2026 / 19:50
Trampın uduzmasından sonra da neftin bahalaşması dayanmadı...

04.11.2026 / 19:26
AK Parti Türkmənistanda da dini işlərlə ilgilənməyə başladı... Hicab da olacaq?

04.11.2026 / 19:10
Bu ana kimi onlar bizdən pul qazanırdılar, indi Azərbaycan mətbuatı onlardan qazanacaq...

04.11.2026 / 18:51
Amerikalıların son Qarabağ müharibəsindən kitab yazmaqlarının ayrı mənası var...

04.11.2026 / 18:35
Samvel Karapetyan, keçmiş PA rəhbəri və daha 36 nəfər saxlanıldı - Paşinyan rəqiblərini məhv edir...

04.11.2026 / 18:16
Ramiz Mehdiyevin çevriliş planını Rusiyaya kim çatdırıb? - YENİ FAKTLAR...

04.11.2026 / 18:02
Netanyahu bu vəziyyətə düşdü - hökumətə həm indiki iqtidar, həm də müxalifət rəhbərlik edəcək...

04.11.2026 / 17:46
Prezidentin sosial media hesablarında “AIREX 2026” sərgisi ilə bağlı videoçarx paylaşılıb

04.11.2026 / 17:40
İsrailin 4 müxalifət partiyası Netanyahuya qarşı hərəkətə keçdi - fövqəladə hökumət qurulur...

04.11.2026 / 17:15
Melaniya Tramp Rusiya və Ukrayna nümayəndələrini Ağ Evdə bir araya gətirir

04.11.2026 / 17:03
Yaşı 80-i keçən siyasətçilər Amerika siyasətini də qocaldır

04.11.2026 / 16:49
Dövlət qurumu yeni internet tarifləri müəyyənləşdirdi

04.11.2026 / 16:42
Prezident İlham Əliyevə təbrik məktubları gəlməkdə davam edir

04.11.2026 / 16:29
Qeşm adasına ABŞ-ın zərbələri Hörmüzdən azad neft keçidini təmin edə bilər?

04.11.2026 / 16:25
Ermənistan və Azərbaycan Rusiya, Çin və Qərb arasında: kimin manevr azadlığı daha çoxdur?

04.11.2026 / 16:22
Səudiyyə vəliəhdi Prezident İlham Əliyevi təbrik etdi

04.11.2026 / 16:21
Avropa məhkəməsi Toroyanın mübahisəli ölümünü yüzlərlə qətl edilmiş azərbaycanlıdan üstün tutdu...

04.11.2026 / 16:20
Səudiyyə Kralı Prezident İlham Əliyevi təbrik etdi

04.11.2026 / 16:18
Məkkə Sazişi İranı ABŞ hücumlarından müdafiə edir?..

04.11.2026 / 16:15
Pakistan Prezidenti Zəfər Günü münasibətilə Prezident İlham Əliyevə təbrik məktubu ünvanlayıb

04.11.2026 / 16:07
Keçmiş nazirin oğluna yeni vəzifə verildi

04.11.2026 / 15:53
Kamran İmanov “Şərəf” ordeni ilə təltif edildi

04.11.2026 / 15:48
G20 sammitinə dəvət: Azərbaycanın və Prezident İlham Əliyevin artan beynəlxalq nüfuzunun sübutu

04.11.2026 / 15:40
Hersoq qərar verəcək - Netanyahu müsəlman qətliamını davam etdirəcək, ya...

04.11.2026 / 15:17
"Ermənistan Azərbaycanla ikitərəfli ticarəti genişləndirir" - Paşinyan

04.11.2026 / 14:52
"Gələn ildən növbəti böyük sosial islahat paketi planlaşdırılır" - Sahil Babayev

04.11.2026 / 14:39
Gələn il pensiyalar bu qədər artırılacaq...

04.11.2026 / 14:25
İspaniyadan Trampın seçki məlubiyyətinə ilk reaksiya - ifrat sağçı dalğa artıq dağılır…

04.11.2026 / 14:10
164 min manatlıq dələduzluq - boşanma mübahisəsindən istifadə edib qadının mənzilini və avtomobilini ələ keçirdi...

04.11.2026 / 13:57
Fuad Nağıyev professor Məhərrəm Zülfüqarlını təltif edib

04.11.2026 / 13:47
İran ABŞ-dakı seçkilərə belə reaksiya verdi - amerikalılar 'MÜHARİBƏYƏ YOX' dedilər...

04.11.2026 / 13:46
Paşinyan yeni konstitusiyanı bu ay dərc edəcəyinə söz verdi...

04.11.2026 / 13:34
ABŞ çərşənbə günü İrana zərbə endirə bilər – İDDİA…

04.11.2026 / 13:19
Metro və avtobuslarda hər dördüncü gediş 1 qəpik olacaq...

04.11.2026 / 13:07
Uşağın doğulmasına görə müavinət 600 manatdan 1500 manata qaldırılır...

04.11.2026 / 12:54
Respublikaçılar ümidini növbəti seçkiyə bağladı - Conson 2028-də aşağı palata üzərində nəzarətin bərpasına əmindir

04.11.2026 / 12:42
“Neft və mürəkkəb: Neftlə yazılmış hekayələr” sənədli filminin premyerası olub - FOTO

04.11.2026 / 12:40
"2027-ci ildə orta illik inflyasiya 5,3 faiz proqnozlaşdırılır" - Nazir

04.11.2026 / 12:31
Prezident və Birinci xanım “AIREX 2026” sərgisi ilə tanış olublar - FOTO

04.11.2026 / 12:17
Kürdəmir xəstəxanasında 125 min manatlıq yeyinti - bir nəfər barəsində qətimkan tədbiri seçildi...

04.11.2026 / 12:01
Azərbaycanda dəfn pulu artırılır - 946-dan 1200-ə...

04.11.2026 / 11:47
Ukrayna “Ozon”un Adıgeydəki logistika mərkəzini vurdu – güclü yanğın başladı... Sifarişlər dayandırıldı...

Turizm regionlarımızın inkişaf mənbələrindən birinə çevrilir...

XƏBƏR ARXİVİ