Cümə axşamı günü, 05 noyabr 2026
     

Çəkdim ki, izim qala... Üzeyir Muradov "Mübariz keşikdə"...

Image



Ədəbiyyatçılar dünyaya gəlişimizlə gedişimiz arasında bir sözlük, riyaziyyatçılar bir rəqəmlik, bəstəkarlar bir notluq, rəssamlar ilə bir fırçalıq məsafənin olduğunu deyirlər. Olmaq-ölmək fəlsəfəsi yaranışdan bu günə kimi düşündürüb insanı. AN məsələsi bütün zamanların cavabı tapılmaz sualı olub.
AN-ı ölçmək istəyimiz ilk baxışdan alın yazımıza qarşı çıxdığımızı sərgiləsə də, insan olaraq anlayırıq ki, salındığımız İlahi çərçivədən kənara çıxa bilmərik. Yəni bütün yaradılmışların qəlibi, çərçivəsi var...
Təkcə qurub-yaratdıqlarımızla deyil, həm də dağılmasını tezləşdirən əməllərimizlə təngə gətirdiyimiz yer üzü, yer kürrəsi mənə çərçivəyə sığmayan şəkli xatırladır. Elə bir şəkil ki, əvvəllər ağ-qara idi. İndi isə rəngi çox dəyişib, qırmızısı çoxalıb. Bilirsiniz niyə? Ona görə ki, hər yerdə qan tökülür, insan ölür, uşaqlar yetim qalır. Bəzən bir insan ömrü bir şəklin ömründən də qısa olur...
Əvvəllər tez-tez eşidərdik: "Şəkil yandı"...
İndi insan, yer-göy, bütün dünya yanır...
Bax, bu yazdıqlarımdan sonra sizi onun şəkilli dünyası ilə tanış etmək istəyirəm. Şəkil çəkmək Azərbaycanın qocaman fotoqrafı, DİN-in mətbu orqanı olan "Mübariz keşikdə" qəzetinin fotomüxbiri Üzeyir Muradovun hobbisi deyil, sənətidir. Az qala, 60 il, zarafat deyil....
80 yaşın yoxuşuna qalxdıqca nəfəsi təngisə də, çəkmək həvəsi hələ sönməyib. Yenə də əlində fotoaparatı gördüyü, sevdiyi və seçdiyi anı çəkir Üzeyir dayı. Xidmətimizin əməkdaşları, hamımız ona dayı deyirik.
Üzeyir Muradov 1937-ci ildə Bakının ən böyük kəndlərindən olan Buzovnada Həsən kişinin ailəsində dünyaya göz açıb. O da 1941-1945-ci illər müharibəsinin ağrısını-acısını, aclığını görüb. Bütün çətinliklərə sinə gərib, oxuyub, öyrənib. Azərbaycan Dövlət Universitetinin Geologiya fakültəsində təhsil alıb.
Üzeyir müəllim, sözün əsl mənasında, maraqlı müsahibdir. Onunla söhbətləşəndə, dərdləşəndə insan vaxtın necə gəlib-getdiyinin fərqinə varmır. Şahidi olduğu hər hansı bir hadisəni elə şövqlə danışır ki, yaddaşına və söz ehtiyatına valeh olursan. Vallah, elə "söz adamları" görümüşəm ki, sözü-sözə calayıb cümlə şəklinə sala bilmir.
O, dərdini heç kimə danışmır, bilənlər onsuz da bilir...
Deyirlər ki, "Eyfel qülləsi"nin tikintisində işləyən fəhlələrdən nə etdiklərini soruşanda biri cavab verir ki, daşı-daş üstə qoyub işimi görürəm, digəri isə: "Mən "Eyfel qülləsi"ni tikirəm, tarixdə izim qalsın", - deyə cavab verir.
Üzeyir Muradov çəkdiyi fotolarla həm də bir tarix yazır. Onun arxivində bu gün düşmən tapdağında olan torpaqlarımızdan çəkilmiş elə kadrlar var ki, baxanda göz yaşlarını saxlaya bilmirsən. Bəli, şəkil yaddaşa çevriləndə, bir millətin keçmişini, gələcəyini özündə ehtiva edəndə o, əbədiyaşarlıq statusu qazanır.
Yaşının bu vədəsində də vaxtsız itirdiyi iki oğul övladının yadigarlarına, nəvələrinə, nəticələrinə yaxşı baxmaq, onların nədənsə korluq çəkməmələri üçün işləyir, çalışır, qaçır-qovur. Bax, elə məncə ona görədir ki, "çörək ağacı" olan fotoaparatı həmişə gözünün üstündədir. Elimizin adəti var: "Çörəyi öpüb göz üstünə qoyarlar"...
Dərdin yelləncəyi çiynindən asılsa da, yaşının bu vədəsində qaməti şaxdır, gümrahdır. Dostluqda da sadiqdir o. Amma dostu da hərdən ona xəyanət edir. Bığları "sarılıq" xəstəliyinə tutulub. Nə qədər desək də, siqaretdən əl çəkmir, bu Kişi. Hərdən də zarafata salıb deyir ki, siz yanımda olmayanda mən onunla söhbətləşirəm, dərdləşirəm.
Arxivində milyondan çox neqativ var. Azərbaycanın sayılıb-seçilən, adı tarixə düşən şəxsiyyətləri, sənət adamlarının şəkillərini çox çəkib vaxtilə. Aşıq Şəmşirin, Mircəlal Paşayevin, maestro Niyazinin, Səttar Bəhlulzadənin, Əfrasiyab Bədəlbəylinin, Aydın Qaradağlının şəkillərini çəkərkən yadında qalan xatirələri danışdıqca kövrəlir foto sənətimizin ağsaqqalı...
Bu gün doğma torpaqlarda, yad əllərdə qalan Dədə Ələsgərin qəbrini dünyanın düz vaxtında, 1968-ci ildə çəkib. Eh, kim bilir indi Dədəmizin qəbri nə vəziyyətdədir, uçulubmu, dağılıbmı? Yaxşı ki, şəkillər var...
Və nə yaxşı ki, bu gün bizimlə bir sırada addımlayan, yoruldum, usandım deməyən, hörmətli qələm adamı, əməkdar jurnalist Cavid Xaspoladovun təbirincə desək: "Ağlar-güləyən" Üzeyirimiz, Üzeyir dayımız var.
Doğum günün mübarək, əziz dost, gözəl insan. Allah 100-ü haqlamağı da nəsib eləsin. Hələ çəkiləsi, hələ şəkilbəşəkil deyiləsi çox sözün var.
Hafiz Təmirov,
polis kapitanı





VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Bunu səfir Birol Akgünə açıq məktubum kimi də oxuya bilərsiniz - Aydın QULİYEV yazır...

Məhkəmə hakimlərinin yeni "Etik Qaydaları"nda bir vacib məqam unuduldu...

Ramiz Mehdiyevin təltiflərdən məhrum edilməsinin hüquqi mexanizmləri var...

SON XƏBƏRLƏR

05.11.2026 / 14:33
Vuçiçin Moskvaya qaçan silahdaşlarının təyyarəsi Litva üzərindən geri qaytarıldı...

05.11.2026 / 14:14
Paşinyan Türkiyə gedir...

05.11.2026 / 14:06
Azərbaycanın konstitusiya tələbi Ermənistanda "baş-ayaq" təqdim olundu...

05.11.2026 / 13:50
Ermənistan hökuməti TRIPP-lə bağlı parlamentin fövqəladə iclasını çağırdı...

05.11.2026 / 13:43
"Azərbaycan radiosu milli yaddaşımızın və mədəni irsimizin etibarlı qoruyucularından biridir" - Əhməd İsmayılov

05.11.2026 / 13:39
Gələn ilin büdcəsində neftin qiyməti 65 dollar götürülüb

05.11.2026 / 13:25
Ünvanlı dövlət sosial yardımının məbləği artırılır...

05.11.2026 / 13:12
Ərdoğan Bakıya gəlir...

05.11.2026 / 13:04
Gələn il üçün yaşayış minimumu 314 manat müəyyən edilib

05.11.2026 / 12:57
“AİD Group” təhsil şirkətinin rəhbəri həbs olundu - dələduzluq, saxta sənədlər hazırlamaq ittihamı...

05.11.2026 / 12:40
Dronla İrandan Azərbaycana narkotik keçirilməsinin qarşısı alındı - DTX-dan əməliyyat...

05.11.2026 / 12:37
Putin və Cinpin Ağ Evin yeni zalında qonaq ola bilər - Tramp açıqladı...

05.11.2026 / 12:30
Mirzoyan Türkiyə ilə sərhədlərin hər an açıla biləcəyini deyir...

05.11.2026 / 12:20
Seçki məğlubiyyəti Ağ Evdə şok effekti yaratdı... Tramp dəyişikliyə hazırlaşır – Heqset və Rubio “vurula” bilər...

05.11.2026 / 12:09
​​​​​​​Nəqliyyat vasitələrinin utilizasiyası fondu ləğv edilir...

05.11.2026 / 11:57
Orta aylıq pensiya məbləğində 45 manat artım - 640 manat olacaq...

05.11.2026 / 11:43
Gələn il bir sıra sosial müavinətlər artırılacaq...

05.11.2026 / 11:25
BMT rəsmisi “ASAN xidmət” modelini digər ölkələr üçün nümunə adlandırdı

05.11.2026 / 11:07
Hörmüz boğazında minaya düşən iki tankerə köməyə gələn yedək gəmisi də alov aldı...

05.11.2026 / 10:51
Samvel Karapetyan barəsində 1 aylıq həbs qətimkan tədbiri seçildi...

05.11.2026 / 10:35
İranın lovğalanması Trampı hərbi əməliyyatları bərpa etməyə sövq edə bilər...

05.11.2026 / 10:31
Prezident: "Azərbaycan bundan sonra da Dayanıqlı İnkişaf Məqsədlərinin təşviqini dəstəkləyəcək"

05.11.2026 / 10:29
“ASAN xidmət” beynəlxalq maraq doğuran unikal Azərbaycan brendidir" - Prezident

05.11.2026 / 10:25
Dünya Azərbaycanlılarının VI Qurultayı keçiriləcək...

05.11.2026 / 10:25
Prezident İlham Əliyev beynəlxalq tədbir iştirakçılarına müraciət ünvanladı...

05.11.2026 / 10:16
Bakıda BMT İdarəetmə İnnovasiyaları Sammiti keçirilir

05.11.2026 / 09:52
Ukrayna Ryazanda neft zavodunu və Wildberries anbarını vurdu...

05.11.2026 / 09:28
Vens seçkilərdə respublikaçıların məğlubiyyətinin 4 əsas səbəbini açıqladı - buna dəydimi...

05.11.2026 / 09:10
SOCAR ABŞ-da 1,65 milyard dollarlıq aktiv alır - müqavilə imzalandı

05.11.2026 / 06:07
4 Knesset üzvü də Netanyahunu dəstəkləməyəcəyini açıqladı

05.11.2026 / 06:00
Tramp həm “impiçmentdən qorxmuram” dedi, həm də veto hüququnu xatırlatdı

04.11.2026 / 23:49
Macarıstan da Rusiya neft-qazından imtina edir…

04.11.2026 / 23:21
Prezidentin “Şərəf” ordeni ilə təltif etdiyi Kamran İmanov kimdir? - DOSYE

04.11.2026 / 21:40
Dünya Rusiyadan təhlükəsizlik təminatı istəyir, Rusiya isə Ukraynadan... Qalmaqal...

04.11.2026 / 21:19
Türkiyə Rusiyanın TDT üzvlüyünə rəsmi cavab verdi...

04.11.2026 / 21:04
Çində Ukraynaya sərfəli olmayan "yeni Yalta" sxemi hazırlanır...

04.11.2026 / 20:41
5 dövlət + NATO formatında Ukrayna ilə bağlı maraqlı müzakirə başladı...

04.11.2026 / 20:24
Tramp çox əlamətdar tarixi gündə İsrailə 4 milyardlıq hərbi yardımı kəsdi...

04.11.2026 / 20:07
Erməni mediası 2009-dan sonra Türkiyədə verdiyimiz yatırımlara qəribə izah verir... Guya...

04.11.2026 / 19:50
Trampın uduzmasından sonra da neftin bahalaşması dayanmadı...

04.11.2026 / 19:26
AK Parti Türkmənistanda da dini işlərlə ilgilənməyə başladı... Hicab da olacaq?

04.11.2026 / 19:10
Bu ana kimi onlar bizdən pul qazanırdılar, indi Azərbaycan mətbuatı onlardan qazanacaq...

04.11.2026 / 18:51
Amerikalıların son Qarabağ müharibəsindən kitab yazmaqlarının ayrı mənası var...

04.11.2026 / 18:35
Samvel Karapetyan, keçmiş PA rəhbəri və daha 36 nəfər saxlanıldı - Paşinyan rəqiblərini məhv edir...

04.11.2026 / 18:16
Ramiz Mehdiyevin çevriliş planını Rusiyaya kim çatdırıb? - YENİ FAKTLAR...

04.11.2026 / 18:02
Netanyahu bu vəziyyətə düşdü - hökumətə həm indiki iqtidar, həm də müxalifət rəhbərlik edəcək...

04.11.2026 / 17:46
Prezidentin sosial media hesablarında “AIREX 2026” sərgisi ilə bağlı videoçarx paylaşılıb

04.11.2026 / 17:40
İsrailin 4 müxalifət partiyası Netanyahuya qarşı hərəkətə keçdi - fövqəladə hökumət qurulur...

04.11.2026 / 17:15
Melaniya Tramp Rusiya və Ukrayna nümayəndələrini Ağ Evdə bir araya gətirir

04.11.2026 / 17:03
Yaşı 80-i keçən siyasətçilər Amerika siyasətini də qocaldır

04.11.2026 / 16:49
Dövlət qurumu yeni internet tarifləri müəyyənləşdirdi

04.11.2026 / 16:42
Prezident İlham Əliyevə təbrik məktubları gəlməkdə davam edir

04.11.2026 / 16:29
Qeşm adasına ABŞ-ın zərbələri Hörmüzdən azad neft keçidini təmin edə bilər?

04.11.2026 / 16:25
Ermənistan və Azərbaycan Rusiya, Çin və Qərb arasında: kimin manevr azadlığı daha çoxdur?

04.11.2026 / 16:22
Səudiyyə vəliəhdi Prezident İlham Əliyevi təbrik etdi

04.11.2026 / 16:21
Avropa məhkəməsi Toroyanın mübahisəli ölümünü yüzlərlə qətl edilmiş azərbaycanlıdan üstün tutdu...

04.11.2026 / 16:20
Səudiyyə Kralı Prezident İlham Əliyevi təbrik etdi

04.11.2026 / 16:18
Məkkə Sazişi İranı ABŞ hücumlarından müdafiə edir?..

04.11.2026 / 16:15
Pakistan Prezidenti Zəfər Günü münasibətilə Prezident İlham Əliyevə təbrik məktubu ünvanlayıb

04.11.2026 / 16:07
Keçmiş nazirin oğluna yeni vəzifə verildi

04.11.2026 / 15:53
Kamran İmanov “Şərəf” ordeni ilə təltif edildi

04.11.2026 / 15:48
G20 sammitinə dəvət: Azərbaycanın və Prezident İlham Əliyevin artan beynəlxalq nüfuzunun sübutu

04.11.2026 / 15:40
Hersoq qərar verəcək - Netanyahu müsəlman qətliamını davam etdirəcək, ya...

04.11.2026 / 15:17
"Ermənistan Azərbaycanla ikitərəfli ticarəti genişləndirir" - Paşinyan

04.11.2026 / 14:52
"Gələn ildən növbəti böyük sosial islahat paketi planlaşdırılır" - Sahil Babayev

04.11.2026 / 14:39
Gələn il pensiyalar bu qədər artırılacaq...

04.11.2026 / 14:25
İspaniyadan Trampın seçki məlubiyyətinə ilk reaksiya - ifrat sağçı dalğa artıq dağılır…

04.11.2026 / 14:10
164 min manatlıq dələduzluq - boşanma mübahisəsindən istifadə edib qadının mənzilini və avtomobilini ələ keçirdi...

04.11.2026 / 13:57
Fuad Nağıyev professor Məhərrəm Zülfüqarlını təltif edib

04.11.2026 / 13:47
İran ABŞ-dakı seçkilərə belə reaksiya verdi - amerikalılar 'MÜHARİBƏYƏ YOX' dedilər...

04.11.2026 / 13:46
Paşinyan yeni konstitusiyanı bu ay dərc edəcəyinə söz verdi...

04.11.2026 / 13:34
ABŞ çərşənbə günü İrana zərbə endirə bilər – İDDİA…

04.11.2026 / 13:19
Metro və avtobuslarda hər dördüncü gediş 1 qəpik olacaq...

04.11.2026 / 13:07
Uşağın doğulmasına görə müavinət 600 manatdan 1500 manata qaldırılır...

04.11.2026 / 12:54
Respublikaçılar ümidini növbəti seçkiyə bağladı - Conson 2028-də aşağı palata üzərində nəzarətin bərpasına əmindir

04.11.2026 / 12:42
“Neft və mürəkkəb: Neftlə yazılmış hekayələr” sənədli filminin premyerası olub - FOTO

04.11.2026 / 12:40
"2027-ci ildə orta illik inflyasiya 5,3 faiz proqnozlaşdırılır" - Nazir

04.11.2026 / 12:31
Prezident və Birinci xanım “AIREX 2026” sərgisi ilə tanış olublar - FOTO

04.11.2026 / 12:17
Kürdəmir xəstəxanasında 125 min manatlıq yeyinti - bir nəfər barəsində qətimkan tədbiri seçildi...

04.11.2026 / 12:01
Azərbaycanda dəfn pulu artırılır - 946-dan 1200-ə...

04.11.2026 / 11:47
Ukrayna “Ozon”un Adıgeydəki logistika mərkəzini vurdu – güclü yanğın başladı... Sifarişlər dayandırıldı...

Turizm regionlarımızın inkişaf mənbələrindən birinə çevrilir...

XƏBƏR ARXİVİ