Bu gün Prezident İlham Əliyevin müvafiq sərəncamı ilə general-mayor Mədət Quliyev milli təhlükəsizlik nazirinin birinci müavini vəzifəsinə təyin olunub. Buna qədər Penitensiar Xidmətə rəhbərlik edən M.Quliyev eyni zamanda yeni nazir təyin olunana kimi nazirin də səlahiyyətlərini icra edəcək. Adının çəkilməsini istəməyən hüquqşünas saytımıza bildirdi ki, yeni naziri vəzifəyə qəti şəkildə ölkə başçısının təqdimatı ilə yeni tərkibdə Milli Məclis təsdiq edəcək. Hüquqşünasın fikrincə, böyük ehtimalla, bu vəzifəyə elə Mədət Quliyevin özü təsdiqlənəcək.