Bu gün Baş prokurorluq MTN rəsmilərinə cinayət işi açıldığını elan edəndən sonra mediada ən qızğın müzakirə mövzularından biri bu işdə MTN-çilərlə çirkli işbirliyində olması oldu. Sözsüz ki, müzakirələrdə konkret adlar çəkilir və maraqlı faktlar gətirilir. Adı çəkilən bir neçə qəzet və saytın redaksiyası Azərbaycan Nəşriyyatında yerləşdiyindən, səssiz bir araşdırma apardıq. Bəlli oldu ki, həmin "qəhrəmanlar” Baş prokurorluğun məlum bəyanatından dərhal sonra redaksiyalarını bağlayaraq qeybə çəkiliblər. Redaksiyamızın araşdırmasına görə, Nəşriyyatdan kənarda yerləşən bir media orqanının rəhbərliyi də günortaya yaxın işçilərini buraxaraq aradan çıxıb.
Araşdırmanı davam etdirəcəyik.