Medyascope-un baş redaktoru Ruşen Çakır "Kılıçdaroğlunun İstanbul çıxışı başlamadan bitdi" adlı verilişində Kamal Kılıçdaroğlunun son anda ləğv edilən İstanbul proqramından danışıb.
Tədbirin başlamadan bitdiyini və ləğvin Kılıçdaroğlunun ictimaiyyət qarşısına çıxmaq planlarında ilk ciddi uğursuzluq olduğunu bildirən Çakır deyib ki, CHP-nin İstanbul rəhbərliyi Kamal Kılıçdaroğlu üçün Dudullu pullu keçidlərindən Küçükçekmeceyə qədər uzanan "nəhəng bir karvan" təşkil edəcəyini açıqlamışdı. Plana görə, Kılıçdaroğlunun daha sonra Məhərrəm ayı çərçivəsində Küçükçekmecedə keçirilən Aşura tədbirinə qatılması gözlənilirdi. Lakin gecə yarısı proqram ləğv edilib.
Çakırın sözlərinə görə, bəziləri proqramın kifayət qədər iştirakçı toplanmadığı üçün ləğv edildiyini iddia edir, digər iddialar isə Cəfəri icması daxilində tədbirin siyasi müzakirələrin bir hissəsinə çevrilməsi ilə bağlı etirazların olması ilə izah edilir.
Əli TURABOV