Güvenparkda keçirilən böyük bir şənlikdən sonra Cumhuriyyet Xalq Partiyasının (CHP) lideri Özgür Özel on minlərlə vətəndaşla birlikdə Anıtkabirə gedib.
Özgür Özel və Ankara Böyükşəhər Bələdiyyəsinin sədri Mənsur Yavaş üzərində "CHP Lideri Özgür Özel" yazısı olan qırmızı və ağ qərənfillərdən ibarət çələngi məqbərəyə aparmaq istəyib. Lakin Anıtkabir komandanlığı əvvəlcədən planlaşdırılmış mərasimin olmamasını əsas gətirərək çələngin məqbərəyə girişinə icazə verməyib. Buna cavab olaraq Özgür Özel çələngdən lenti açıb götürərək məqbərəyə daxil olub. Anıtkabir komandanlığı məhdud sayda insanı qəbul etdikdən sonra dəmir darvazaları yenidən bağlayıb. Özel öz çələngindən açdığı "CHP lideri Özgür Özel" yazılı lenti içəridəki Anıtkabir komandanlığına aid çələngin üzərinə qoyub. Lakin Anıtkabir komandanlığı heyəti lenti götürməyə çalışdıqda Özel müdaxilə edib və onu polisin əlindən alaraq mühafizəçilərinə verib.
SAMİRƏ