Yaponiya hökuməti və Birləşmiş Millətlər Təşkilatının İnkişaf Proqramı (BMTİP) sürətlə kiçilən Xəzər dənizini xilas etmək üçün Qazaxıstanda genişmiqyaslı layihəyə başlayır. Birgə təşəbbüs 3 milyon dollara başa gələcək.
Ayrılmış vəsait monitorinq sistemlərinin təkmilləşdirilməsinə, su ehtiyatlarının idarə edilməsinin gücləndirilməsinə və suyun səviyyəsinə ciddi nəzarətin yaradılmasına sərf olunacaq. Layihə Ekologiya Nazirliyi və Qazaxıstan Su Ehtiyatları Nazirliyi ilə birgə həyata keçiriləcək.
İnvestorlar və nazirliklər səylərini rəqəmsal monitorinq, Xəzəryanı ölkələr arasında ətraf mühit məlumatlarının mübadiləsinin gücləndirilməsi və çay qolları ərazilərində fəaliyyətlərin əlaqələndirilməsi kimi məsələlərə yönəltməyi düşünür.
Layihə ətraf mühitin təhlükəsizliyini Mərkəzi Asiya və Qafqaz arasında iqtisadi dəhlizlə əlaqələndirərək Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutunun (TCITR) inkişafını dəstəkləyəcək.
Hazırda Qazaxıstan rəsmiləri vəziyyətin təcili tədbirlər tələb etdiyini etiraf edir.
SAMİRƏ