Tanınmış jurnalist Mətanət Ağamirli özünün Facebook səhifəsində maraqlı paylaşım edib. Xanim jurnalist yazır: Heç kim anasının qarnında öyrənmir, gör-götür dünyasıdır... Su girdi qaba oldu içməli. Şans gətirib, atanın dəstəyilə, hər nə vasitə ilə olub fərqi yoxdur, artıq o kürsünü zəbt etmisiniz. Zəhmət çəkin özünüzə yox, heç olmasa o oturduğunuz kürsüyə hörmət edin. Günay Ağamalı xəbəriniz yoxdurmu ki, millətin vəkili millətin mənafeyinə xidmət etməlidir. Sizi dırnaqarası seçən o caamaata necə uşaq pulunu çox görürsünüz? Nə qədər uşaq pulu veriləcək ki, valideyn işləməyəcək? Unutdunuzmu, Qarabağ uşaq pulunu çox gördüyünüz o "uşaqların" qəhrəmanlığı ilə işğaldan azad olundu. Əminəm ki, siz bunu bilərəkdən yox, məhz bilməyərəkdən, səbatsızlıqdan söyləmisiniz. Hər zaman olduğu kimi! Amma ayıbdır, bir millət vəkili nə qədər şəxsi məsələsiylə, savadsız, qıcıqlandırıcı, millətə qarşı yönəlmiş çıxışlarla gündəmə gələr? Bəzən insan oturduğu kürsünü, bəzən də kürsü onda əyləşən insanı şərəfləndirir. Bunun heç biri olmayanda o zaman ya kürsüdən imtina edərlər, ya da o kürsüdən əyləşəni zorla salarlar... Nəhayət, İnsan öncə öz üzərində işləyib özünü dəyişməlidir. Plastik əməliyyatla burnu, dodağını yox, düşüncəsini, beynini, dünya görüşünü dəyişməsək o "gözəllik" heç nəyə yaramayacaq.