ABŞ Prezidenti Donald Tramp Hilton oteldə şam yeməyi zamanı baş verən insidentlə bağlı CBS News-un suallarını cavablandırıb.
Kanalın xəbərinə görə, Tramp hadisəni törədən şəxsin "manifestində" yer alan iddiaları qəti şəkildə təkzib edərək, özünün “təcavüzkar və pedofil” olmadığını bildirib. Cinayətkarın “Artıq pedofilin, təcavüzkarın və xainin əllərimi cinayətləri ilə ləkələməsinə icazə verməyə hazır deyiləm" sözlərilə əslində onun Ceffri Epşteynlə əlaqələrinə işarə etməsinə toxunan aparıcı buna reaksiyası barədə soruşduqda ABŞ prezidenti “siz... dəhşətli insanlarsınız. Bəli, o yazıb." "Mən... mən təcavüzkar deyiləm, heç kimə təcavüz etməmişəm", deyib. Prezidentin həmin şəxsin onunla cinsi əlaqədə olub-olmadığını düşünüb-düşünmədiyi soruşulduqda, Amerika lideri “Mən pedofil deyiləm” cavabını verib. Eyni zamanda bu fikri yazan şəxsi “xəstə insan” adlandıran Tramp aparıcını da qınayıb. “Bunu "60 dəqiqə" verilişində oxumamalıydın. Sən rüsvayçısan” - Ağ Ev rəhbəri bildirib.
SAMİRƏ