ABŞ və İran 45 günlük atəşkəsi müzakirə edirlər. Axios bu barədə bazar günü mənbələrə istinadən məlumat verib.
Portalın mənbələri "növbəti 48 saat ərzində razılığa gəlmək şansının az olduğunu" etiraf edirlər, lakin bu, "İranın mülki infrastrukturuna kütləvi zərbələr və Fars körfəzi dövlətlərindəki enerji obyektlərinə və su sistemlərinə cavab zərbələri demək olacaq əhəmiyyətli dərəcədə eskalasiyanın qarşısını almağın yeganə yolu" ola bilər. Axios mənbələri qeyd edir ki, Pakistan, Misir və Türkiyədəki vasitəçilər tərəflərin etimad yaradan tədbirlər görəcəyinə, həmçinin, İranın Hörmüz boğazını açacağına və Tehranın nüvə proqramı ilə bağlı müəyyən addımlar atacağına ümid edirlər. Portal yazır ki, "Onlar həmçinin Tramp administrasiyasının atəşkəsin müvəqqəti olmayacağına və münaqişənin yenidən başlamayacağına zəmanət vermək üçün hansı tədbirləri görə biləcəyi üzərində işləyirlər".
Daha əvvəl Axios-a verdiyi müsahibədə ABŞ prezidenti 7 aprelə qədər İranla saziş bağlamaq şansının yüksək olduğunu bildirmişdi. "Truth Social" verilişində o, İranın 6 aprelə qədər Hörmüz boğazını açmaması halında enerji və mülki infrastruktur sahələrinə zərbə endirəcəyi ilə hədələmişdi. Eyni zamanda, Axios-un qeyd etdiyi kimi, Amerika lideri İranla potensial saziş bağlamaq üçün son tarixi 24 saat - 7 aprel Şərq vaxtı ilə saat 20:00-a qədər (8 aprel Bakı vaxtı ilə saat 04:00) uzadıb.
SAMİRƏ