ABŞ prezidenti Donald Tramp TruthSocial-da status paylaşaraq, Hörmüz boğazı açılmadığı təqdirdə, İran elektrik stansiyalarını və körpülərini məhv edəcəyi ilə hədələyib.
"Çərşənbə axşamı İranda Elektrik Stansiyaları Günü və Körpü Günü olacaq, hamısı bir yerə toplanacaq. Bu, əvvəllər heç vaxt baş verməmişdi!!! Boğazı açın, dəli alçaqlar, yoxsa Cəhənnəmdə yaşayacaqsınız - SADƏCƏ GÖZLƏYİN! Allaha həmd olsun”- Trampın paylaşımında deyilir.
Bazar günü Fox News-a verdiyi müsahibədə isə o bildirib ki, bazar ertəsi günü, son tarixdən əvvəl İranla razılığa gəlmək üçün "yaxşı şans" olduğuna inanır.
"Düşünürəm ki, sabah yaxşı şans var, danışıqlar gedir… Əgər onlar razılaşma əldə etməsələr və tez bir zamanda razılaşmasalar, hər şeyi partlatmağı və nefti götürməyi düşünürəm”- ABŞ Prezidenti qeyd edib.
Bazar günü axşam Tramp daha bir paylaşım edərək, İrana ultimatumunu bir gün, bazar ertəsi əvəzinə çərşənbə axşamına təxirə salmaq qərarına gəldiyini iddia edib.
"Çərşənbə axşamı, saat 20:00-də ET!" o, bazar günü axşamı nəyə istinad etdiyini dəqiqləşdirmədən yazıb.
Trampın təhdidlərinə cavab olaraq İran Parlamentinin spikeri Məhəmməd Bağır-Qalibaf bildirib ki, Amerika prezidentinin "ehtiyatsız hərəkətləri" "bütün regionun yandırılmasına" səbəb olacaq.
SAMİRƏ