Ermənistanın eks xarici işlər naziri Raffi Ovannisyanın İrs Partiyası 2026-cı il parlament seçkilərinə qatılmaqdan imtina edib və Samvel Karapetyan ətrafında yaranan koalisiyanı dəstəklədiyini açıqlayıb.
Partiyanın bununla bağlı bəyanatında qeyd olunur ki, Ermənistan Respublikası "aşkar bir varoluş böhranının astanasındadır" və bu böhranın səbəbi, digər şeylərlə yanaşı, “Artsaxın” itirilməsi, milli kimliyin azalması və birliyin məhv olmasıdır.
Qeyd edək ki, Ermənistanda parlament seçkiləri 7 iyunda keçiriləcək.
SAMİRƏ