çərşənbə günü, 04 mart 2026
     

İranda gözlənilən o an gəldi...

Image


İran ruhani hakimiyyətinə son illərin ən böyük etirazları ilə çalxalanır, hakimiyyət sərt repressiyaya əl atır. Küçə etirazları, İran bazarlarda tacirlərin tətili 1979-cu il İslam İnqilabından öncəni xatırladır.

İranda baş verənlər İslam Respublikasının sonunu gətirə bilərmi? Corc Meyson Universitetinin ictimai siyasət professoru, inqilablar və sosial dəyişikliklər üzrə dünyanın aparıcı tədqiqatçılarından biri Cek Qoldstoun qeyd edir: "Bəzi müşahidəçilər deyirlər ki, İran inqilaböncəsi və ya inqilabi vəziyyətdədir. İnqilabı nə müəyyən edir?". "Radio Fərda"ya açıqlamasında Qoldstoun deyib ki, inqilabın başlaması üçün çoxlu sayda insan rejimin legitimliyinə meydan oxumalı, onun sonunu tələb etməlidir: "Bu, artıq baş verib. Ona görə də biz inqilabi bir anın başlanğıcındayıq. Amma İranda bunu dəfələrlə görmüşük və rejim etirazları dayandırmaq üçün lazımınca amansız davranıb".
Bununla belə, təhlilçi bu dəfə durumu rejimə ən böyük təhdid sayır. Nümayişləri coğrafi, müxtəlif sosial qrupların iştirakı baxımından 2009-cu ildə mübahisəli prezident seçkisindən sonrakı kütləvi etirazlardan bəri gördüyü ən genişmiqyaslı aksiyalar adlandırır. Bəs, inqilab sayılması üçün əhalinin neçə faizi küçələrə çıxmalıdır? C.Qoldstoun bundan ötrü dəqiq rəqəm olmadığını deyir. Bir meydan adamla dola bilər, 100 min nəfər ölkəni idarə edəni qorxuda və o, Ukraynada olduğu kimi, qaça bilər. Onun fikrincə, burada əsas məsələ SEPAH-ın, Bəsic-in qətiyyətindən asılıdır. C.Qoldstoun inqilabın bir proses olduğunu, alına, yaxud alınmaya biləcəyini deyir. Uğur qazana, sonradan əks proses gedə bilər. Bəs İranda hansı faktorlar inqilaba gətirə bilər? Təhlilçi bildirir: "Xameneyi bütün həyatını inqilabın müdafiəsinə həsr edib. O, inqilabı qorumağı müqəddəs bir məsuliyyət sayır. Buna görə də gərəkən hər şeyi edəcək. Sual budur ki, etirazçılara atəş açmaq əmri verdiyi müxtəlif qruplar indi də bu əmrlərə tabe olacaqlarmı?". Onun sözlərinə görə, bu dəfə, demək olar, hamı etirazlara qoşulub deyə, Bəsic, hətta SEPAH-ın etirazçılara atəşI açması çətinləşir: "Onlar getdikcə hiss edirlər ki, etirazçılar hamını təmsil edirlər, cəmiyyətin bir seqmentini deyil".
Tədqiqatçı iqtisadi problemlərin, milli valyutanın iflasının, İranı xarici hücumdan qoruya bilməməyin rejimin əhali arasında etimad və legitimliyini itirməsinə səbəb olduğunu söyləyir. Dediyinə görə, SEPAH da rejimə inamını itiribsə, onda Xameneyi və ruhanilərə deyə bilər ki, kənara dursunlar və özləri yeni hökumət formalaşdırmağa çalışa bilərlər. C.Qoldstoun İranda baş verənləri 2010-cu ilin yanvarında Misir inqilabı ilə müqayisə edir. Onda camaat "Təhrir" meydanına yığışmışdı və ordunun xalqı, yoxsa rejimi dəstəkləcəyini bilmirdi: "Fikrimcə, indi İranda da eyni vəziyyətdir. Dəyişikliyə böyük ümid var. Amma İnqilab Keşikçilərinin rejimə bütün gücü ilə dəstək verib-verməyəcəyini bilməyənəcən bundan sonra nə baş verəcəyini demək mümkün deyil". Bəs, ABŞ və digər ölkələrin İranda baş verənlərdə hansısa rolu varmı? Təhlilçi bunun belə olmadığını düşünür və etirazların İran xalqı ilə ölkə rəhbərliyi və ordu arasında baş verdiyini deyir. Onun fikrincə, bir neçə günə ordunun keçmişdəki kimi zorakılıqla davranıb-davranmayacağı bəlli olacaq: "2022-ci ildə etirazları zamanı hərbçilər yüzlərlə insanı öldürdü, minlərlə adamı həbs etdi. İndi də eyni addımları atmalı olacaqlar, bəlkə də, daha sərt. Ona görə də onların buna hazır olub-olmadığını görməliyik. Xameneyi günahı xarici təsirlərdə görür. Etirazçıları millətin düşməni kimi göstərməyə çalışır. Amma məncə, onun hazırkı dinamikanı dəyişəcək sözü yoxdur. Çox güclü, repressiv reaksiya olmasa, etirazlar böyüyəcək", – C.Qoldstoun deyir.

Tahir TAĞIYEV



VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Dünyada xaos böyüyür, Azərbaycana təhlükə də artır... - VİDEO

Özəl məktəblərdə “kəllə-çarx təhsil qiymətləri” araşdırılır...

Akademiyanı yata-yata yola verənlər - bir dənə etiraf olmadı?

ABŞ səfirliyinin Xocalı paylaşımında düzəlişə ciddi ehtiyacı olan məqam...

SON XƏBƏRLƏR

04.03.2026 / 08:27
İran İsraili dəhşət saçan hipersəsli raketlərlə vurdu

04.03.2026 / 08:07
SEPAH-ın yeni seçimi - Müctəba Xameneyi

04.03.2026 / 07:35
Türkiyə DMM-dən etiraz: “İctimai rəyi manipulyasiya etməyin!”

04.03.2026 / 07:15
Tramp: "ABŞ İranın müxalifət lideri üzərində hesab qurmayıb"

04.03.2026 / 07:10
Xameneinin oğlu İranın yeni lideri seçilib

03.03.2026 / 23:59
SEPAH Kipri də vurdu

03.03.2026 / 23:36
Mossad təhdid etdi - “Yeni dini lider…”

03.03.2026 / 23:28
Tehranda hava limanı vuruldu

03.03.2026 / 22:17
Rusiyanın İrana silah dəstəyi sadəcə fiksiya imiş - ilk zərbələr sübut etdi...

03.03.2026 / 21:50
Rusiya AZAL təyyarəsi ilə bağlı növbəti “aldadıcı üsula” əl atır...

03.03.2026 / 21:42
İranın Ali Liderini seçən Ekspertlər Məclisi ofisinə hücum edildi

03.03.2026 / 21:38
Qadınlara qarşı zorakılıq halları və görülən işlər müzakirə olundu - FOTO/VİDEO

03.03.2026 / 21:24
Ukrayna müharibəsinin taleyi “İrandan asılı” vəziyyətə düşdü...

03.03.2026 / 21:07
İran-ABŞ müharibəsi iqtisadiyyatımıza bu səviyyələrdə təsir edəcək...

03.03.2026 / 20:30
İlham Əliyev Xamneinin ölümündən sonra ən doğru qərarı verdi...

03.03.2026 / 20:13
“Namiq Dəlidağlı – Sözdə görünən adam” kitabının təqdimatı oldu

03.03.2026 / 19:51
Ceyhun Bayramov fransalı həmkarı ilə Yaxın Şərqdəki gərginliyi müzakirə etdi

03.03.2026 / 19:40
Leyla Əliyeva “Yaşıl enerji layihələri” sessiyasında çıxış edib - FOTO

03.03.2026 / 19:18
İrandan Azərbaycan vasitəsilə təxliyə edilənlərin sayı 900-ü keçdi

03.03.2026 / 19:09
Rusiya və Çin gizli şəkildə ABŞ-İsrail koalisiyasına qarşı savaşa qoşuldu...

03.03.2026 / 19:03
ABŞ atom silahı ilə İranda süni zəlzələlər törədilməsini məşq edir...

03.03.2026 / 19:01
İran müharibəsi enerji qiymətlərini hara qədər qaldıracaq?..

03.03.2026 / 18:56
İran savaşı Ermənistan iqtisadiyyatını çöküş həddinə gətirir...

03.03.2026 / 18:45
İrana hücum Gürcüstan müxalifətini hakimiyyətə qarşı hərəkətə gətirdi...

03.03.2026 / 18:30
"ABŞ Xameneyinin ölümü ilə rejimin yıxılacağını düşünürdü"... lakin...

03.03.2026 / 17:59
İran xalqı Trampın "ayağa qalxın" çağırışını saymadı - ciddi səbəb var...

03.03.2026 / 17:30
"Xameneyi ölən kimi camaat tökülüşüb rejimi dəyişəcək"- gözlənti doğrulmadı...

03.03.2026 / 17:28
Xameneinin sui-qəsdinin detalları açıldı – koordinasiyalı kiber və aviahücum…

03.03.2026 / 17:09
Demokratlar İran məsələsində Trampın ən zəif yerindən vururlar...

03.03.2026 / 16:43
Mətbuat Şurasında Əməkdar jurnalist Rəhim Hüseynzadənin 75 illik yubileyi qeyd edilib - FOTO

03.03.2026 / 16:14
ABŞ təyyarələrini öz-özünə düşürən Çinin verdiyi elektron silahlardı - iddia...

03.03.2026 / 15:49
Türkiyənin Qara dəniz bölgəsinin qış sehri...

03.03.2026 / 15:43
Dollar-manat nisbətini maraqlı hadisələr gözləyir - müharibə ipucları verdi...

03.03.2026 / 15:38
Daxili işlər naziri Yevlaxda vətəndaşların müraciətlərini dinləyəcək və gənclərin sırasından seçim edəcək

03.03.2026 / 15:25
Bir sıra birinci instansiya məhkəmələrinə hakimlər təyin edildi - SƏRƏNCAM

03.03.2026 / 14:57
Prezident: "Alternativ enerji ilə bağlı planlarımız imzalanmış müqavilələrə əsaslanır"

03.03.2026 / 14:57
Mossad dünən gecə İranda quru əməliyyatı keçirib - Əl-Ərəbiyyə

03.03.2026 / 14:54
"2028-ci ildə “Şahdəniz”in yeni mərhələsi üzrə hasilatın başlanmasını gözləyirik" - Prezident

03.03.2026 / 14:52
Prezident İlham Əliyev: "Azərbaycan enerji ehtiyatlarının etibarlı tranziti ölkəsi rolunu oynayır"

03.03.2026 / 14:45
"Biz Avropanın enerji bazarında mövcudluğumuzu genişləndirmək niyyətindəyik" - Prezident

03.03.2026 / 14:15
"Heç kim ABŞ-a qarşı sanksiyalar tətbiq etməyə cəsarət etməyəcək" - Lavrov

03.03.2026 / 13:46
İranda ölü sayı 787-yə yüksəldi...

03.03.2026 / 13:12
"Qarşıdakı onilliklər ərzində təbii qaz enerji təhlükəsizliyinin əsasını təşkil edəcək" - Pərviz Şahbazov

03.03.2026 / 12:55
İran 11 nüvə bombası üçün urana malik olduğunu bildirib? - Uitkoff belə deyir...

03.03.2026 / 12:40
Ombudsmanın ölkədə insan hüquqlarının qorunması haqqında illik məruzəsi dinlənildi

03.03.2026 / 12:32
Prezident İlham Əliyev Avropa Komissiyasının enerji və mənzil siyasəti üzrə komissarını qəbul edib

03.03.2026 / 12:29
Ceyhun Bayramov pakistanlı həmkarı ilə Yaxın Şərqdə artan gərginliklə bağlı fikir mübadiləsi aparıb

03.03.2026 / 12:16
Prezident İlham Əliyev Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində nazirlərin 12-ci və Yaşıl Enerji Məşvərət Şurası çərçivəsində nazirlərin 4-cü iclaslarında çıxış edib - FOTO/YENİLƏNDİ

03.03.2026 / 12:00
İrandan ABŞ-a ağır zərbə: əsgərlərin toplantısı vuruldu - 40 ölü, 70 yaralı...

03.03.2026 / 11:33
Prezident tibbi sığortada müştərək maliyyələşməni niyə dayandırdı?...

03.03.2026 / 11:14
Prezident İlham Əliyev bolqarıstanlı həmkarına məktub ünvanlayıb

03.03.2026 / 11:04
İran ABŞ-ın Səudiyyədəki səfirliyini bombaladı

03.03.2026 / 08:31
Melaniya Tramp “tezliklə sülh”ə ümid etdi - İrəvani “dərin rüsvayçılıq” adlandırdı

03.03.2026 / 08:13
Rubio İrana qarşı quru əməliyyatlarını istisna etmir - son sözü Tramp deyəcək…

03.03.2026 / 08:03
Tramp rəqiblərini hədəf aldı - “…xəstədirlər”

03.03.2026 / 03:46
İrandan sərt xəbərdarlıq - Hörmüz boğazından keçən gəmilər, boru kəmərləri vurulacaq…

03.03.2026 / 02:30
Müharibə genişlənir… ABŞ 15 ölkə ilə bağlı xəbərdarlıq etdi - dərhal tərk edin…

03.03.2026 / 01:18
İranla müharibədə ABŞ-ın itkiləri artır…

03.03.2026 / 00:24
ABŞ ordusu Oman körfəzində İranın 11 hərbi gəmisini batırdı…

02.03.2026 / 23:58
I Vətən müharibəsi: Ağdam-Xocalı-Şuşa cəbhəsi...

02.03.2026 / 23:41
İRAN MÜHARİBƏSİNİN 3-CÜ GÜNÜ - Müharibə Yaxın Şərqə yayıldı...

02.03.2026 / 23:31
İrana hücumlar Avropada qazı bahalaşdırdı…

02.03.2026 / 23:29
Levon Petrosyan Samvel Karapetyanı dəstəklədi...

02.03.2026 / 22:53
Rusiyadan dünyanı qorxudan açıqlama - Üçüncü Dünya müharibəsi başlayacaq…

02.03.2026 / 22:30
İƏT İran müharibəsinə susdu - İslam Əməkdaşlıq Təşkilatının sonu?...

02.03.2026 / 21:32
Qətər iki İran qırıcısını vurdu…

02.03.2026 / 21:01
Trampın “İran müharibəsi Britaniyadan Qətər və Türkiyəyədək” problemlə üzləşib”...

02.03.2026 / 20:37
Əliyev İran müharibəsinə “diplomatik çağırış və beynəlxalq hüquqla yanaşdı” - telefon zəngi...

02.03.2026 / 20:19
Trampın İrana hücum əmrinin ŞOK PƏRDƏARXASI DETALLARI - Tehran Cenevrədə belə aldadıldı, Səudiyyənin ikili oyunu açıldı…

02.03.2026 / 20:11
“Mən insanın tərəfindəyəm” — Çinarə Ömray yazır...

02.03.2026 / 20:04
İranın işğalı Türkiyə və Azərbaycana da təsir edə bilər...

02.03.2026 / 19:33
Trampdan İrana yeni təhdid - böyük dalğa hələ gəlməyib, tezliklə gələcək...

02.03.2026 / 19:26
Trampın naziri İranda rejimin dəyişdiyini iddia etdi – hədəfimiz bu deyildi, ancaq…

02.03.2026 / 19:09
İrandan ABŞ-a böyük zərbə - 1,1 milyard dollarlıq radar məhv edildi…

02.03.2026 / 18:53
Britaniya Azərbaycana yeni səfir təyin etdi

02.03.2026 / 18:39
Xameneyinin həyat yoldaşı da öldü…

02.03.2026 / 18:32
İrandan Azərbaycana təxliyələr davam edir - 370 nəfər...

02.03.2026 / 18:24
Tramp İrana hücum öncəsi Starmerdən məyus olub…

02.03.2026 / 18:12
İran Küveytdə bir bazanı bombaladı, eyni bazada ABŞ-ın 3 qırıcısı vuruldu, CENTCOM "dost atəşi" dedi – qırıcıları kim vurdu?…

02.03.2026 / 17:52
ABŞ-İsrail-İran müharibəsində Hörmüz düyünü - neft qiymətləri 150 dollar yüksələ bilər…

02.03.2026 / 17:35
Şahin Mustafayev Overçukla görüşdü...

Bakı ətraf mühit üzrə böyük dünya tədbirinə ev sahibliyi edəcək...

XƏBƏR ARXİVİ