şənbə günü, 07 noyabr 2026
     

Əli Həsənov BDU-nun media konfransında beynəlxalq korporasiyaların planları barədə jurnalistlərə xəbərdarlıq etdi

Image


Bu gün Bakı Dövlət Universitetində (BDU) Azərbaycan Milli Mətbuatının 140 illik yubileyinə həsr olunan "Azərbaycan Milli Mətbuatı-140: "Əkinçi” ənənələri və müasir jurnalistika” mövzusunda elmi-praktik konfrans keçirilib. Trend-in məlumatına görə, konfransı açan BDU-nun rektoru, akademik Abel Məhərrəmov ilk olaraq I Avropa Oyunlarının çox uğurla baş tutduğunu xatırladıb: "17 gün ərzində baş verən yüksək nailiyyətlərin mediada düzgün işıqlandırılması "Əkinçi” qəzetindən bu günə qədər davam edən uğur idi. İştirak edən dövlətləri bir tərəfə qoyub, digərlərinə bütün baş verənləri nümayiş etdirmək düşünən qədər asan deyil. I Avropa Oyunları da bu baxımdan gözəl şərait idi. Odur ki, dövlətçilik fikirlərini dünyaya düzgün şəkildə çatdırmaq lazım idi. Sevindirici haldır ki, bunun da öhdəsindən layiqincə gələ bildik. Bir sözlə, Azərbaycan bu gün Avropa müstəvisində özünü çox gözəl nümayiş etdirə bildi”.

Rektor, həmçinin Azərbaycanın yenidən müstəqiliyinə qovuşduqdan sonra demokratik, hüquqi, dünyəvi dövlət quruculuğunu özünün inkişaf modeli kimi qəbul edən ölkədə söz və mətbuat azadlığının təmin edilməsindən, KİV-in sərbəst fəaliyyətinə yaradılan şəraitdən danışıb.

O deyib ki, ümummilli lider Heydər Əliyevin fərman və sərəncamları ilə mətbuatın maddi-texniki bazası, iqtisadi müstəqilliyi daha da gücləndirilib, jurnalistlərin azad fəaliyyəti üçün əlverişli şərait yaradılıb: "Azərbaycan mətbuatının kadr hazırlığı, elmi müstəvidə mətbuatın formalaşdırılması əsas məsələlərdəndir ki, bizim universitetdə bu istiqamət hər zaman əsas götürülüb”.

Əksər KİV nümayəndələrinin BDU-nun yetirmələri olduğunu deyən A. Məhhərəmov çıxışının sonunda mətbuat işçilərini təbrik edib.

Azərbaycan Prezidentinin İctimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənov ölkə başçısı İlham Əliyevin milli mətbuatımızın 140 illik yubileyi ilə bağlı imzaladığı sərəncamın əhəmiyyətindən danışıb.

Bugünkü tədbirin BDU-da keçirilməsinin təsadüfi saymayan Ə.Həsənov bildirib ki, universitet hər zaman mətbuat sahəsində öz töhfələri ilə seçilib, mətbuat tarixinin araşdırılmasında, jurnalist kadrların yetişdirilməsində danılmaz xidmətlər göstərib.

Ə.Həsənov onu da qeyd edib ki, Prezident İlham Əliyevin müvafiq sərəncamına uyğun olaraq yubiley mərasimləri iyun-iyul və avqust aylarını əhatə edəcək: "3 ay müddətində paytaxt və rayonlarda milli mətbuatın 140 illik yubileyi qeyd olunacaq. Bu zaman kəsiyində mətbuatımızın inkişafı yada salınacaq, mətbuat tarixi təkrar şərh olunacaq. Tanınmış ziyalılar və mətbuatın inkişafında mühüm rolu olan ayrı-ayrı şəxslər yada salınacaq. Eyni zamanda, milli strategiya və platformamızı formlaşadıracağıq. Mətbuatın inkişafında mühüm nailiyyətlər əldə olunmalı və buna müvafiq olaraq jurnalistkanın bugünkü durumunu özündə əks etdirən strategiya hazırlanmalıdır. Elit təbəqə müasir geosiyasətdə yerimizi bilməli, kimlərlə qonşuyuq, xarici və daxili təzyiqlərin nədən qaynaqlandığını bilməlidir”.

Müstəqil Azərbaycan mediasınının faktiki olaraq təməlini qoyan şəxsiyyətin ulu öndər Heydər Əliyevin olduğunu diqqətə çatdıran Prezidentin köməkçisi Ə.Həsənov bildirib ki, senzuranın ləğvi də buna bariz nümunədir: "Milli medianın banisi isə Həsən bəy Zərdabidir. Xalq Cümhuriyyətinin süqutundan sonra müstəqil ölkəmizin mediası yüksələn xətlə inkişaf edib. Müstəqillik illərinin başlanğıcında media sahəsində müəyyən böhran yaşadı. Bu zaman bəzi siyasi qüvvələr özlərinə müəyyən adda mətbuat yaradaq ayrı-ayrı siyasi qüvvələrin tərkibində dövlətimizə qarşı çıxış edirdilər. Lakin çox keçmədi ki onlar da sıradan çıxdı”.

"Qanunvericilik sahəsində 1998-ci ildən bu günə qədər mühüm addımlar atılıb. 1995-ci ildə qəbul olunan konstitusiyada söz, fikir və mətbuat azadlığı müddəası yer aldı. 2000-ci ildə isə Mətbuat Şurası yaradıldı. Jurnlaistika ilə bağlı normativ və hüquqi sənədləri məhz bu Şura qəbul edir. Nə qədər qərarlar qəbul edilsə də, mətbuatın maddi-texniki bazasının yaxşılaşdırılmasına geniş şəraitin yaradılması xüsusi qeyd edilməlidir. Mediaya güzəştli kreditlərin verilməsi, müəyyən vergilərdən azad edilməsi əsas amillərdən biri idi. 2008-ci ildən mediaya dövlət dəstəyi şəffaf şəkildə həyata keçirilməyə başladı. Çünki əvvəllər bu istiqamətdə müəyyən işlər görülsə də, işlər elə də şəffaf deyildi. Bu gün jurnalistikamız əhalinin informasiya almaq hüququnu tam ödəyir” - deyə Ə.Həsənov məsələ ilə bağlı fikirlərinə əlavə edib.

Ə.Həsənov sonra vurğulayıb ki, medaimızın işi bir çox dövlətlərin qəzəbinə səbəb olursa, deməli hər şey düzgün istiqamətdə gedir: "Jurnalistlərimiz müstəqil şəkildə Azərbaycan problemlərinin altına öz çiyinlərini verib qərəzli yazılara tutarlı cavab verə bilir. Müasir dünyada o qədər çox standartlar yaranıb ki, qərb və digər sistemlər obyektiv gerçəkliklə çıxış edərək həqiqəti qəbul etmək istəmirlər. Qərbin təmsil etdiyi transmilli mediada bəlli mərkəzlərin sifarişi əsasında informasiyalar hazırlanır".

"Hər bir jurnalist unutmamlıdır ki, o eyni zamanda xalqı, milləti, dövləti təmsil edir. Gündəlik jurnalist fəaliyyətində vətənə bağlılıq hissləri qətiyyən arxa plana keçməməlidir" - deyə Əli Həsənov bildirib.

Ə.Həsənovun sözlərinə görə, müasir dünyada o qədər çox standartlar yaranıb ki, nə nümunəsini Azərbaycanda yaymağa çalışdığımız qərb, nə də digər bizə nümunə ola biləcək sistemlər bu gün təəssüf ki, obyektiv gerçəklikdən çıxış edərək vahid standartlar çərçivəsində siyasət formalaşdırmır.

PA rəsmisi deyib ki, bu gün dünyada baş verən proseslər heç də qərb və digər ölkələrin mətbuatında yazıldığı kimi cərəyan etmir: "Xalqların çoxu heç də terrorist, vəhşi deyil. Lakin son 10 ildə həmin dövlətlərin başına görün nə oyun açıldı. Öz maraqları çərçivəsində müsəlman ölkələrini nə günə qoydular. Xalqları, millətləri və etnik azlıqları necə bir-birinə qarşı qaldırdılar”.

Ə.Həsənov bildirib ki, bu gün dünya ölkələrində siyasi məhbus axtarırlar: "Təəssüf ki, bu gün dünyada çox standartlılığın hökm sürdüyü dövrdə Azərbaycan jurnalistikasının bəzi nümayəndələri də onlara dəstək olurlar. Azərbaycan xalqına, dövlətinə qarşı çevrilən əməllərə bu və ya digər yollarla yardım edirlər. Təəssüf edirəm ki, bu gün xarici ölkələrdə məskunlaşan bəzi azərbaycanlı adını, soyadını daşıyan jurnalistlər onların əsas hədəflərinə çevriliblər. Antiazərbaycan şəbəkələri formalaşıb ki, onların fəaliyyəti haqqında məlumatlıyıq".

PA rəsmisinin sözlərinə görə, Azərbaycan mediasının nümayəndələri bu gün kifayət qədər qüdrətə malikdirlər ki, onlara sinə gərsinlər və həmin qüvvələrə Azərbaycan xalqını çaşdırmağa imkan verməsinlər: "Siz də bilirsiniz ki, onlar I Avropa Oyunları ərəfəsində bizim başımıza nə oyunlar açmağa çalışdılar?! Düzdür, onlar heç nəyə nail ola bilmədilər. Faktiki olaraq 3-5 adını hüquq müdafiəçisi qoyan təşkilat və şəxsdən başqa dünya ictimaiyyətini antiazərbaycan mövqeyinə qoşa bilmədilər. Onların "kruqu" maksimum 60-70 nəfəri əhatə edə bilir. Bu qədər şəxslə Qərb antiazərbaycan fəaliyyətini sistemli şəkildə həyata keçirmək istədi, ancaq istəyinə nail ola bilmədi. Sual ortaya çıxır ki, niyə onların dairəsi genişlənmədi? Çünki biz haqlı idik. Onlar haqqa qarşı mübarizə aparmaq istəyirdi.

Gözləri götürmədi ki, 20 illik müstəqillik tarixinə malik olan Azərbaycan bu gün dünyanın keçirə biləcəyi səviyyədə olimpiada keçirə bilir. Bir sözlə, Azərbaycanın cəlbedici obrazı çoxlarını qane etmir və yəqin ki, bundan sonra da etməyəcək. Ona görə də Azərbaycan xalqı, eləcə də aktiv təbəqə olan ziyalılar və jurnalistlər ayıq-sayıq olmalı və bəzi qüvvələrin əməllərini yerindəcə ifşa etməlidirlər.

Bilirik ki, bəzi böyük güclər bir sıra dövlətləri idarə etmək istəyir. Təbii ki, Azərbaycanda həmin dövlətlərin sırasındadır. Bu gün Azərbaycanın bəlli sərvətləri, siyasəti və özünəməxsus maraqları var. Bu maraqları reallaşdırmaq üçün kimlərinsə maraqları qarşısında sədd çəkməliyik. Kiminsə istəyinə yox deməliyik. Bu da onlara sərf etməyəndə Azərbaycanın üzərinə gəlirlər. Sadəcə olaraq böyük dövlətlər Azərbaycanı idarə etmək istəyirlər. Lakin bu gün Prezident İlham Əliyevin sözün həqiqi mənasında Azərbaycan xalqının iradəsinə söykənən müstəqil siyasəti onlara sərf etmir və buna qarşı çıxırlar.

Bundan sonra bizi mühüm qlobal tədbirlər gözləyir. Bu gün ölkəmiz özünün həqiqi ambisiyasını ortaya qoyub. Dünya dövlətlərinin hər biri ilə yarışmağa hazır olduğunu bildirir. Hesab edirəm ki, bu ambisiyaya da bizim əsasımız var. Bugünkü qonaq qarşılama qabiliyyəti və bacarığı ortadadır. Bunu heç kim inkar edə bilməz. Heç kim də bizi aparıb anarxiya, xaos yaratdığı dövlətlərlə eyniləşdirə bilməz. Azərbaycan artıq inkişaf yolundadır və belə də davam edəcək. Təbii ki, bu sahədə medianın rolu da olduqca önəmlidir".



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Banklarda 4.6 milyard manat pul yatıb qalıb, kredit bazarında böhrandır... Bu necə olub?...

Avropa Ermənistanı Rusiyanın əlindən alır - Kreml qəzəb püskürür...

İran Trampsayağı ad iddiasına başladı - "Xəzər" yox, "Kaspian"?..

SON XƏBƏRLƏR

07.11.2026 / 20:10
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında Zəfər Günü ilə bağlı görüntülər paylaşılıb - VİDEO

07.11.2026 / 19:55
Prezidentin sosial media hesablarında Şuşa, Xankəndi və Ağdama səfəri ilə bağlı videoçarx paylaşılıb

07.11.2026 / 19:24
XİN 8 Noyabr – Zəfər Günü ilə bağlı bəyanat yaydı

07.11.2026 / 19:15
8 Noyabr Zəfər Günü – Şanlı Tariximizin Və Sarsılmaz Dövlətçilik İradəmizin Zirvəsidir

07.11.2026 / 18:51
Şahbaz Şərif Prezident İlham Əliyevi Zəfər Günü münasibətilə təbrik etdi

07.11.2026 / 18:40
ABŞ-ın ikinci adamının iki həftədir İranla danışıqlar apardığı ortaya çıxdı...

07.11.2026 / 18:23
Xarici siyasi-diplomatik dəstək, ya daxili faktorlar - Zəfərin kökündə müzakirə edilən məqamlar...

07.11.2026 / 17:51
Mədəniyyət ictimaiyyətinin nümayəndələri Prezident İlham Əliyevi təbrik ediblər

07.11.2026 / 17:30
ABŞ İranın nüvə proqramı ilə bağlı məlumat verənə mükafat vəd etdi - 20 milyon dollar...

07.11.2026 / 17:12
Leyla Əliyeva və Arzu Əliyeva “Tut Əlimdən” Uşaq Reabilitasiya Mərkəzində bayram şənliyində iştirak ediblər - FOTO

07.11.2026 / 16:45
"Mən inqilabın tərəfdarı deyiləm" - Lukaşenko 1917-ci il hadisələrinə qarşı…

07.11.2026 / 16:29
Şuşa döyüşlərinin hərb tarixi üçün özəlliklərini tam bilirikmi?

07.11.2026 / 16:11
İrandan ABŞ-a təhdid kimi xəbəradlıq - müharibə Avropaya da yayılacaq...

07.11.2026 / 15:53
Türkiyə ABŞ-ın təzyiqi ilə İran üzərindən Türkmənistan qazının idxalını dayandırdı...

07.11.2026 / 15:10
Bu gün general rütbəsi alan Vətən Müharibəsi Qəhrəmanı kimdir? - DOSYE

07.11.2026 / 14:38
Lima meriyasının tarixi binası Azərbaycan Bayrağının rəngləri ilə işıqlandırıldı - FOTO

07.11.2026 / 14:21
Ərdoğan Prezident İlham Əliyevi Zəfər Günü münasibətilə təbrik etdi

07.11.2026 / 14:07
Prezident İlham Əliyev Ağdam Zeytun müəssisəsində yaradılan şəraitlə tanış olub - FOTO

07.11.2026 / 13:57
Hadrut döyüşləri böyük Zəfərə aparan yolun üstündə həlledici pillələrdən oldu ...

07.11.2026 / 13:39
Müdafiə Nazirliyinin hərbi qulluqçularına ali hərbi rütbələr verildi - SƏRƏNCAM

07.11.2026 / 13:25
"Bayrağımız milli qürurumuz, kimliyimizdir" - Vüqar Rəhimzadə

07.11.2026 / 13:14
Bu tarixdən Azərbaycanın “orta güc” dönəmi başlayır...

07.11.2026 / 13:03
Prezident Ağdam Sənaye Parkında metal məmulatları istehsalı müəssisəsinin açılışında iştirak edib - FOTO

07.11.2026 / 12:45
Ağdamda ortopedik döşək istehsalı müəssisəsinin açılışı oldu - FOTO

07.11.2026 / 12:38
Prezident İlham Əliyev Ağdam Rayon Mərkəzi Xəstəxanasının tikintisi ilə tanış olub - FOTO

07.11.2026 / 12:02
Prezident Xankəndi Stadionunun açılışında iştirak edib - FOTO

07.11.2026 / 11:44
Media və Yayım Şurasının rəhbərliyi Çində 7-ci Dünya Media Sammitində iştirak edir - FOTO

07.11.2026 / 11:15
Prezident Qarabağ Universitetinin Kitabxanasının və İnnovasiya Mərkəzinin binalarının təməlqoyma mərasimlərində iştirak edib - FOTO

07.11.2026 / 11:10
“Dəmir yumruqla yazılan Zəfər Səlnaməsi” - Əhliman Əmiraslanov yazır...

07.11.2026 / 11:05
Qarabağ Universitetinin Klinikasının Təcili tibbi yardım şöbəsinin açılışı oldu - FOTO

07.11.2026 / 10:53
Ukraynanın bütün ərazilərini geri ala bilməsi ehtimalı azdır - NATO-nun baş katibi

07.11.2026 / 10:44
EMİN MUSƏVİ- YARIM ƏSRLİK ÖMRÜN QAZANDIĞI ƏN BÖYÜK SƏRVƏT.

07.11.2026 / 10:31
Azərbaycan və Ukrayna uzunmüddətli qaz sazişi imzalamağa hazırlaşır...

07.11.2026 / 10:16
İğdırda Azərbaycanın Zəfər Günü qeyd olunub

07.11.2026 / 10:02
Azərbaycan tarixdə bir çox qalib ölkələrdən fərqli siyasətə baş vurdu...

07.11.2026 / 09:45
Prezident İlham Əliyev Şuşa Peşə Təhsili Mərkəzinin açılışında iştirak edib - FOTO

07.11.2026 / 09:39
Kiyev şəhəri və bölgəsi ballistik raketlərlə vurulub

07.11.2026 / 09:26
“Dəmir Yumruqdan Zəfərin Səsinə” adlı rəsm sərgisi keçirilib

07.11.2026 / 08:55
ABŞ, Azərbaycan və Ermənistan TRIPP üzrə texniki işlərə başlayıblar

06.11.2026 / 22:31
QHT Əməkdaşlıq Forumu iştirakçıları Prezident İlham Əliyevə müraciət edib

06.11.2026 / 22:23
Gürcüstanla Avropa İttifaqının “savaşı” tarixdə ən ağır fazaya keçir...

06.11.2026 / 22:06
"ABŞ İran hakimiyyətinin içində kadr planı qurub" - iddia və həqiqət...

06.11.2026 / 21:50
Rusiya Ermənistanda yeni ssenarinin tətbiqinə başlayır...

06.11.2026 / 21:35
Total kiber zərbələr Avropanı iflic etdi-12 təyyarə... İşdə ABŞ və Rusiya əli var" iddiası...

06.11.2026 / 21:28
Sadır Japarov Prezident İlham Əliyevi Zəfər Günü münasibətilə təbrik etdi

06.11.2026 / 21:22
Əbu-Dabidə üçtərəfli Ukrayna danışıqları təxirə salına bilər...

06.11.2026 / 21:08
"Mavi sunami" Trampın bəzi silahdaşlarını "yuyub aparır"

06.11.2026 / 20:55
İkinci dünya müharibəsindən sonra belə qələbə olmamışdı... İlkə imzanı kim atdı?...

06.11.2026 / 20:42
Netanyahu 1 həftədə 4 seçki zərbəsi aldı- ABŞ, Braziliya, Serbiya və İsrail...

06.11.2026 / 20:25
Kremllə Gürcüstan hökuməti Qərbyönlü partiyaları məhv etmək üçün birləşdi...

06.11.2026 / 20:10
Müharibəni dayandırdı, hərbi hazırlığı gücləndirdi - Azərbaycanın postmüharibə taktikası...

06.11.2026 / 19:55
ABŞ İran-Hindistan ticarət əlaqələrini kəsir

06.11.2026 / 19:42
Prezidentin sosial media hesablarında Cəbrayıl və Zəngilan rayonlarına səfərinə dair videoçarx paylaşılıb

06.11.2026 / 19:23
44 günlük müharibəni udan tək texnikadırmı - bəs gənclik, xalq-Prezident birliyi?...

06.11.2026 / 19:07
Müstəqilliyimizin İdeoloji İmmuniteti: Azərbaycançılıq - Əhliman Əmiraslanov yazır...

06.11.2026 / 18:52
Ermənistan bu dəfə Azərbaycanın peyk dövlətinə çevrilir...

06.11.2026 / 18:33
Tokayev Bakı üzərindən İsrailə taxıl satmaq istəyir - Bakı-Ankara-Astana müstəvisində yeni proses...

06.11.2026 / 18:16
Naxçıvanın Bakıdakı Daimi Nümayəndəliyi ləğv olundu...

06.11.2026 / 18:03
Prezident: "Köçkünlərin doğma torpaqlara qayıtması hər bir vətəndaşımızın böyük arzusu idi"

06.11.2026 / 18:00
"Xalqımız və gələcək nəsillər Zəfərimizlə daim fəxr edəcəklər" - Prezident İlham Əliyev

06.11.2026 / 17:47
Qəribədir - neftin qiyməti düşür, Hörmüz boğazı açılır, ya Trampın məğlubiyyəti...

06.11.2026 / 17:18
Polis Akademiyasının kursantları Zəfər Gününə həsr olunmuş fləşmob keçiriblər - VİDEO

06.11.2026 / 16:44
Mərkəzi Nəbatat Bağında “Təbiətin Dostları Festivalı” keçirildi

06.11.2026 / 15:45
Vitse-prezident Vens Trampın yanından istefa verəcək...

06.11.2026 / 15:07
Ermənistanda yaxın günlərdə səs-küylü həbslərin olacağı gözlənilir...

06.11.2026 / 14:43
Nazirdən məktəblərlə bağlı MÜHÜM AÇIQLAMA...

06.11.2026 / 14:35
Prezident və Birinci xanım Zəngilan Şəhər Təhsil Kompleksinin açılışında iştirak ediblər - FOTO/YENİLƏNDİ

06.11.2026 / 14:20
Zəngilanın Cahangirbəyli kəndinin birinci mərhələsinin açılışı oldu - FOTO/YENİLƏNDİ

06.11.2026 / 14:06
İran ABŞ-ın Almaniya və İtaliyadakı bazalarını vuracaq - səbəb yenə Trampdan gəlir...

06.11.2026 / 13:54
“Artıq Ermənistanla heç bir təhlükəsizlik münasibətimiz yoxdur” - Peskov

06.11.2026 / 13:42
24 il əvvəl Neft Akademiyasında törədilmiş qətlin üstü açıldı

06.11.2026 / 13:39
Deputat onkoloji xəstəliklərin də müalicəsinin tibbi sığorta ilə qarşılanmasını təklif etdi...

06.11.2026 / 13:26
NATO rəhbəri seçki məğlubiyyətindən sonra Trampa çağırış etdi - ruhdan düşmə, irəli get...

06.11.2026 / 13:10
Zəfər Günü münasibətilə Prezident İlham Əliyevə təbrik məktubları gəlməkdə davam edir

06.11.2026 / 12:54
Cəbrayılın Soltanlı kəndinin birinci mərhələsinin açılışı oldu - FOTO/YENİLƏNDİ

06.11.2026 / 12:50
Taksi xidmətləri üzrə yeni vergi tətbiqi mexanizminə aydınlıq gətirildi

06.11.2026 / 12:43
Prezident və Birinci xanım Cəbrayılda alkoqolsuz içki istehsalı müəssisəsinin açılışında iştirak ediblər - FOTO/YENİLƏNDİ

06.11.2026 / 12:31
Vergi borclarına möhlət verilməsi mexanizmi sadələşdirilir

06.11.2026 / 12:25
Ermənistan Türkiyənin 6 vilayətinə iddialarından əl çəkməyə hazırlaşır...

06.11.2026 / 12:10
Macarıstan Ukraynanın 2030-a qədər Avropa İttifaqına üzvlüyünü “qeyri-real“ hesab edir...

06.11.2026 / 12:05
Fələstin dəstəyə görə Azərbaycana təşəkkür etdi...

İşğaldan azad rayonlarımızda insan faktoru həlledicidir - Məskunlaşmanın əsas istiqamətləri...

XƏBƏR ARXİVİ