Cümə günü, 06 noyabr 2026
     

11500 nikahın 6500-ü pozulub -son 5 ayın göstəriciləri dəhşət saçır...

Image


Əhməd Rəhmanov: “Ailə həyatına hazır olmadan ailə qururlar və çətinlikləri görüb ailəni dağıdırlar”

Nikah hüquqi baxımdam evlənməyin qanun şəklində salınmasıdırsa, mənəvi baxımdan sevgi, qarşılıqlı hörmət əsasında qurulan ailə deməkdir. Ailə institutunun yaşamasının əsas sütundur nikah. Çox təəssüflər olsun ki, son illərdə ölkəmizdə nikahlarla bağlı arzuolunmaz mənzərə ilə qarşılaşırıq. Bəzən il, yaxud yarım il ərzində bağlanan nikahların yarısı qədər boşanmaların şahidi oluruq. Boşanma faktları ailə instutunun sütunlarının zədələnməsinə şərait yaradır.

Son 4-5 ayda boşanmaların sayının 6400-dən çox olması təbii ki, dəhşətli faktdır.

Məlumata görə, 2026-cı ilin ilk dörd ayı ərzində Ədliyyə Nazirliyinin rayon (şəhər) qeydiyyat şöbələri tərəfindən 11422 nikaha daxilolma və 6443 boşanma halları qeydə alınıb. Məlumatı Dövlət Statistika Komitəsi yayıb.

Nikahların sayının yarısından çoxunda boşanma qeydə alınır. Son 4 ayda Azərbaycanda 11400 nikah bağlanıb, 6400 boşanma var. Təbii ki, bu fəlakətdir.

Boşanmaların nikahların yarısını təşkil etməsi nə ilə bağlıdır? Niyə boşanmalar bu qədər çoxalıb?

Ekspertlər hesab edir ki, son aylar Azərbaycanda boşanmaların artmasının tək bir səbəbi yoxdur. Bu, sosial, iqtisadi və mədəni amillərin birgə təsiri ilə izah olunur. Son 4-5 ayda Azərbaycanda boşanmaların sayının artması ilə bağlı mütəxəssislər adətən bir sıra amilləri irəli sürürlər.

Burada başlıcası işsizlik, aşağı gəlir və yaşayış xərclərinin artması vurğulanır ki, bu da ailədaxili gərginliyin yüksəlməsinə səbəblərdən biri kimi göstərilir. Maliyyə problemləri cütlüklər arasında mübahisələrin əsas səbəblərindən biri hesab olunur.

Ekspertlərdən bəziləri hesab edir ki, burada əsas diqqət çəkən məqamlardan biri qadınların iqtisadi müstəqilliyə nail olmasıdır.

Ekspertlər deyirlər ki, təhsil və əmək bazarında iştirakın artması nəticəsində bəzi qadınlar uğursuz və ya zorakılıq olan münasibətləri davam etdirməyə məcbur olmadıqlarını hiss edirlər. Bu, bəzi hallarda boşanma statistikasının yüksəlməsinə səbəb olur.

Bu prosesi körükləyən amillərdən biri xüsusi vurğulanmalıdır. Bir-birini kifayət qədər tanımadan qurulan ailələrdə uyğunlaşma problemləri daha çox yaşana bilir. Gözləntilərin reallıqla üst-üstə düşməməsi ayrılığa gətirib çıxara bilir.

Müasir dövrdə insanlar evlilikdən əvvəlki nəsillərlə müqayisədə daha yüksək emosional və şəxsi məmnunluq gözləyirlər.

Əvvəllər dözülən problemlər indi münasibətin bitməsi üçün əsas hesab edilə bilir.

Burada ailə daxili zorakılıq və ciddi münaqişələr də rol oynayır.

Zorakılıq, xəyanət, alkoqol və ya digər asılılıqlar bəzi boşanmaların əsas səbəbləri arasında göstərilir.

Bu hallarda boşanmanın artması bəzən insanların öz hüquqlarını daha aktiv müdafiə etməsinin göstəricisi də ola bilər.

Keçmişdə boşanmış insanlara qarşı daha güclü ictimai təzyiq var idi.

İndi boşanma əvvəlki qədər tabu hesab olunmadığı üçün insanlar münasibəti yalnız cəmiyyətin fikrinə görə davam etdirməyə daha az meyllidirlər.

Bununla yanaşı, boşanma sayının artması mütləq şəkildə ailə institutunun zəifləməsi demək deyil. Bəzi hallarda bu, insanların zorakılıq, ciddi uyğunsuzluq və ya sağlam olmayan münasibətlərdən çıxmaq imkanlarının artdığını da göstərə bilər.

Bunlar ekspertlərin fikirləridir.

Bəzi ekspertlər isə hesab edir ki, burada sosial şəbəkələrin, serialların da “əməyi” az deyil. Sosial şəbəkələrdən yayılan zərərli informasiyalar, başqaları ilə virtual tanışlıq və sair də boşanmalara yol açır. Yəni sosial şəbəklərdəki təbliğat ailələrin dağılmasına gətirib çıxarır.

Müstəqil Həmkarlar Birliyinin rəhbəri, hüquq müdafiəçisi Əhməd Rəhmanov baki-xeber.com-a bildirdi ki, əslində boşananlar iki qismə bölünür. Bunun bir tərəfi işsizliklə, sabaha ümidin az olması ilə bağlıdırsa, digər səbəb ailə quranların öz şəxsi eqolarına qalib gələ bilməməsi, eləcə də həyatın reallıqlarına hazır olmamasıdır.

“Evlənib boşananları şəxsən mənə qalanda iki yerə bölərdim. Birinci kateqoriyaya aid olan insanlar mövcud reallığı qəbul etməyib, mövcud reallığa hazır olmayıb ailə quranlardır ki, sonradan həmin o reallıqla üzləşəndən sonra hazır olmadıqlarını görürlər və ailəni dağıdırlar. Biz mövcud reallıq nədir? Bu gün heç kimə gizlin deyil ki, Azərbaycanda böyük bir işsizlər ordusu var. Bu da insanların sabha ümidini azaldır. Xüsusən də gənclərin, gənc ailələrin. Hətta işi olanlar belə, qorxu içində yaşayır ki, birdən mən sabah buradan işdən çıxsam başqa yerdə iş yeri tapa bilmərəm. Yəni söhbət əmək bazarının qıtlığından gedir. Əslində əmək bazarına nəzarət etməli olan dövlət strukturlarının iş görməməsi faktı var. Yəni Dövlət Əmək Müfəttişi bu günə qədər heç yerdə yoxlama aparmır, eynilə həmkarlar komitələri. Yəni, bunlar hamısı ailə məsələsində də özünü göstərir. Bu birinci faktordur. Gənclər arasında sorğu keçirirsən deyirlər ki, nə olsun bu gün işim yoxdur, sabah olacaq. Bu adamlar reallığı qəbul etmək istəmirlər, amma sonradan həmin bu reallıqla üzləşəndə görürlər ki, alınmadı...”

Ə.Rəhmanov qeyd edir ki, indi gənclərin çoxu ailə həyatına hazır deyillər, sadəcə özlərini sınayırlar, alınmayanda da bu vəziyyət yaranır. “Ailə həyatına hazır olmadan ailə qururlar və çətinlikləri görüb ailəni dağıdırlar. Bu adamlar öz eqolarına qalib gələ bilməyənlərdir. Düzdür, azdır, amma var. Görüsən ki, ailədə həm kişi, həm də qadın işləyir, ancaq yola getmirlər. Nəyə görə? Oğlan ailə qurandan sonra fikirləşir ki, üzr istəyirəm, o qadın onu köləliyə verilib. Qadın da elə bilir ki, ailə qurandan sonra istədiyini edəcək oğlan tərəfi də onun tələb etdiyi xərcləri ödəyəcək. Onlar sonra ailə quranda öz aralarında kompromisə gedə bilmirlər. Məsələn, bizim dədə-nənələrimizi götürək, onların həyatları çox böyük nümunədir. Nənə-babalarımız düşünürdürlər ki, hər ikimiz əl-ələ verib işləyəcəyik, həyatımızı düzgün quracağın, ailəmizi qoruyacağıq. Onlar ailəni qorumaq üçün hər cür fədakarlıq ediblər. Müasir gənclər isə təəssüf ki, belə deyillər. Bunlar ailə quran kimi tutalım kişi deyir ki, mənim işim yoxdur, müvəqqəti olaraq sən işə. O dəqiqə qadın özünü başqa cür aparır. Deyir, mən əgər qazananamsa, ailəni dolandırıramsa, səni neynirəm? Eynilə də kişi əlinə beş qəpik pul düşən kimi elə bilir dünya bunundur, aparıb qazandığı pulun çox hissəsini ailəsinə yox, kənarda xərcləyir. Soruşanda da “mən kişiəm də, mən qazanım, özüm bilərəm” deyir. Yəni o öz eqosunun sərhədi keçə bilmirlər. Bu cür boşanmalar ikinci kateqoryadır.

Ona görə də bu gün boşanmaların sayı çoxdur. İnsanlar ailə həyatına, ailədə kompramisə hazır deyillər. İnsanlar kompromisə hazır olsalar və bir-birinə dəyər versələr boşanmalar bu qədər dəhşətli hala gəlməz”.

Ə.Rəhmanov vurdğuladı ki, bu amillər boşanmaların sayı artırır. “Təəssüf ki, bu gün ailə quranların bir qismi evliliyə lotereya kimi baxırlar. Çox təəssüf ki, o insanlar ailə məsuliyyətini dərk etmirlər”-deyə Ə.Rəhmanov qeyd etdi.

İradə SARIYEVA



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Banklarda 4.6 milyard manat pul yatıb qalıb, kredit bazarında böhrandır... Bu necə olub?...

Avropa Ermənistanı Rusiyanın əlindən alır - Kreml qəzəb püskürür...

İran Trampsayağı ad iddiasına başladı - "Xəzər" yox, "Kaspian"?..

SON XƏBƏRLƏR

05.11.2026 / 23:44
ABŞ-ın Hindistandakı səfiri Qor Rubionu dövlət katibi vəzifəsində əvəzləyə bilər...

05.11.2026 / 23:15
Azıx mağarası: Erməni saxtakarlıqları və tarixi həqiqətlər

05.11.2026 / 22:41
Vətən eşqi, Sadiq Hüseynov üçün vəslinə yetə bildiyi bir “təlatüm” idi

05.11.2026 / 22:23
Tarixçi - alim və pedaqoq Naibə Əhmədovanın elmi-pedaqoji fəaliyyətinin 60 illik zirvəsi

05.11.2026 / 22:04
Trampın xanımını Ukrayna mövzusun da təsadüfən fəallaşdırmayıblar... İşin içində iş var...

05.11.2026 / 21:49
Banklarda 4.6 milyard manat pul yatıb qalıb, kredit bazarında böhrandır... Bu necə olub?...

05.11.2026 / 21:35
Qul ticarəti qurbanlarından kim üzr istəməlidir - Britaniya kralı, ya baş nazir?

05.11.2026 / 21:21
Mətbuat Şurasının yeni tərkibdə ilk iclası keçirilib - FOTO

05.11.2026 / 21:14
Hikmət Hacıyev Ermənistana niyə getmişdi?

05.11.2026 / 21:06
Tramp seçki məğlubiyyətinin qisasını bu yolla ala bilər - çox qorxulu ehtimal...

05.11.2026 / 20:44
Ukraynanın taleyini Avropasız həll etmək iddiasında olan üç lider var... Kimlərdir?

05.11.2026 / 20:28
"Şuşa əməliyyatı tarixi Zəfərimizin zirvəsində dayanır" - Vüqar Rəhimzadə

05.11.2026 / 20:15
Avropa Ermənistanı Rusiyanın əlindən alır - Kreml qəzəb püskürür...

05.11.2026 / 19:50
Rusiya Trampın uduzmasından qəzəbləndi - Ukraynaya şiddətli hücumlar başladı...

05.11.2026 / 19:35
Paşinyan Azərbaycanla müəmmalı “üçtərəfli bir layihədən”(?) danışdı...

05.11.2026 / 19:12
ABŞ-da “seçki inqilabı” Azərbaycanın marağındakı bir məsələni də çətinə sala bilər...

05.11.2026 / 18:56
Azərbaycanlı professorun Türkiyədə rektor seçilməsinə imkan verməzlər... Həm də indi...

05.11.2026 / 18:40
Zəfər Günü münasibətilə Prezident İlham Əliyevə təbrik məktubları gəlməkdə davam edir

05.11.2026 / 18:34
Şavkat Mirziyoyev Prezident İlham Əliyevi Zəfər Günü münasibətilə təbrik etdi

05.11.2026 / 18:22
İşğaldan azad rayonlarımızda insan faktoru həlledicidir - Məskunlaşmanın əsas istiqamətləri...

05.11.2026 / 18:07
Fransa yenidən qarışdı – iki şəhərdə etirazçılar polislə toqquşdu, Parisdə də gərginlik artır...

05.11.2026 / 17:50
Nazir Vilayət Eyvazov xidmətə qəbulla bağlı sıra baxışı keçirdi - FOTO/VİDEO

05.11.2026 / 17:34
İran Trampsayağı ad iddiasına başladı - "Xəzər" yox, "Kaspian"?..

05.11.2026 / 17:29
“Yaxşı yazmaq yazıçının inqilabi borcudur.”

05.11.2026 / 17:04
Paşinyan Avrasiya Hökumətlərarası Şurasının hesabatını yerlə bir etdi – "...belə bir prosedur yoxdur"...

05.11.2026 / 16:37
“Artıq KTMT ilə heç bir ortaq maraqlarımız qalmadı” - Paşinyan

05.11.2026 / 16:20
Azərbaycanda əhali artımı xəbərdarlıq həddinə çatdı - vəziyyət 1950-ci illərlə müqayisə edilir...

05.11.2026 / 16:03
Paşinyan Moskvanın bir adamını da azadlıqda saxlamayacaq...

05.11.2026 / 15:59
Prezident İlham Əliyev braziliyalı həmkarını təbrik edib

05.11.2026 / 15:54
Prezident İlham Əliyev media nümayəndələrini təltif etdi

05.11.2026 / 15:51
Prezident Zəngilan Aqroparkının yaradılması ilə bağlı Fərman imzaladı

05.11.2026 / 15:47
Demokratların Trampı "aşırması" Azərbaycanla bağlı sual yaratdı...

05.11.2026 / 15:20
Media və Yayım Şurasında Vətən müharibəsinin mediada işıqlandırılması müzakirə olunub - FOTO

05.11.2026 / 14:33
Vuçiçin Moskvaya qaçan silahdaşlarının təyyarəsi Litva üzərindən geri qaytarıldı...

05.11.2026 / 14:14
Paşinyan Türkiyə gedir...

05.11.2026 / 14:06
Azərbaycanın konstitusiya tələbi Ermənistanda "baş-ayaq" təqdim olundu...

05.11.2026 / 13:50
Ermənistan hökuməti TRIPP-lə bağlı parlamentin fövqəladə iclasını çağırdı...

05.11.2026 / 13:43
"Azərbaycan radiosu milli yaddaşımızın və mədəni irsimizin etibarlı qoruyucularından biridir" - Əhməd İsmayılov

05.11.2026 / 13:39
Gələn ilin büdcəsində neftin qiyməti 65 dollar götürülüb

05.11.2026 / 13:25
Ünvanlı dövlət sosial yardımının məbləği artırılır...

05.11.2026 / 13:12
Ərdoğan Bakıya gəlir...

05.11.2026 / 13:04
Gələn il üçün yaşayış minimumu 314 manat müəyyən edilib

05.11.2026 / 12:57
“AİD Group” təhsil şirkətinin rəhbəri həbs olundu - dələduzluq, saxta sənədlər hazırlamaq ittihamı...

05.11.2026 / 12:40
Dronla İrandan Azərbaycana narkotik keçirilməsinin qarşısı alındı - DTX-dan əməliyyat...

05.11.2026 / 12:37
Putin və Cinpin Ağ Evin yeni zalında qonaq ola bilər - Tramp açıqladı...

05.11.2026 / 12:30
Mirzoyan Türkiyə ilə sərhədlərin hər an açıla biləcəyini deyir...

05.11.2026 / 12:20
Seçki məğlubiyyəti Ağ Evdə şok effekti yaratdı... Tramp dəyişikliyə hazırlaşır – Heqset və Rubio “vurula” bilər...

05.11.2026 / 12:09
​​​​​​​Nəqliyyat vasitələrinin utilizasiyası fondu ləğv edilir...

05.11.2026 / 11:57
Orta aylıq pensiya məbləğində 45 manat artım - 640 manat olacaq...

05.11.2026 / 11:43
Gələn il bir sıra sosial müavinətlər artırılacaq...

05.11.2026 / 11:25
BMT rəsmisi “ASAN xidmət” modelini digər ölkələr üçün nümunə adlandırdı

05.11.2026 / 11:07
Hörmüz boğazında minaya düşən iki tankerə köməyə gələn yedək gəmisi də alov aldı...

05.11.2026 / 10:51
Samvel Karapetyan barəsində 1 aylıq həbs qətimkan tədbiri seçildi...

05.11.2026 / 10:35
İranın lovğalanması Trampı hərbi əməliyyatları bərpa etməyə sövq edə bilər...

05.11.2026 / 10:31
Prezident: "Azərbaycan bundan sonra da Dayanıqlı İnkişaf Məqsədlərinin təşviqini dəstəkləyəcək"

05.11.2026 / 10:29
“ASAN xidmət” beynəlxalq maraq doğuran unikal Azərbaycan brendidir" - Prezident

05.11.2026 / 10:25
Dünya Azərbaycanlılarının VI Qurultayı keçiriləcək...

05.11.2026 / 10:25
Prezident İlham Əliyev beynəlxalq tədbir iştirakçılarına müraciət ünvanladı...

05.11.2026 / 10:16
Bakıda BMT İdarəetmə İnnovasiyaları Sammiti keçirilir

05.11.2026 / 09:52
Ukrayna Ryazanda neft zavodunu və Wildberries anbarını vurdu...

05.11.2026 / 09:28
Vens seçkilərdə respublikaçıların məğlubiyyətinin 4 əsas səbəbini açıqladı - buna dəydimi...

05.11.2026 / 09:10
SOCAR ABŞ-da 1,65 milyard dollarlıq aktiv alır - müqavilə imzalandı

05.11.2026 / 06:07
4 Knesset üzvü də Netanyahunu dəstəkləməyəcəyini açıqladı

05.11.2026 / 06:00
Tramp həm “impiçmentdən qorxmuram” dedi, həm də veto hüququnu xatırlatdı

04.11.2026 / 23:49
Macarıstan da Rusiya neft-qazından imtina edir…

04.11.2026 / 23:21
Prezidentin “Şərəf” ordeni ilə təltif etdiyi Kamran İmanov kimdir? - DOSYE

04.11.2026 / 21:40
Dünya Rusiyadan təhlükəsizlik təminatı istəyir, Rusiya isə Ukraynadan... Qalmaqal...

04.11.2026 / 21:19
Türkiyə Rusiyanın TDT üzvlüyünə rəsmi cavab verdi...

04.11.2026 / 21:04
Çində Ukraynaya sərfəli olmayan "yeni Yalta" sxemi hazırlanır...

04.11.2026 / 20:41
5 dövlət + NATO formatında Ukrayna ilə bağlı maraqlı müzakirə başladı...

04.11.2026 / 20:24
Tramp çox əlamətdar tarixi gündə İsrailə 4 milyardlıq hərbi yardımı kəsdi...

04.11.2026 / 20:07
Erməni mediası 2009-dan sonra Türkiyədə verdiyimiz yatırımlara qəribə izah verir... Guya...

04.11.2026 / 19:50
Trampın uduzmasından sonra da neftin bahalaşması dayanmadı...

04.11.2026 / 19:26
AK Parti Türkmənistanda da dini işlərlə ilgilənməyə başladı... Hicab da olacaq?

04.11.2026 / 19:10
Bu ana kimi onlar bizdən pul qazanırdılar, indi Azərbaycan mətbuatı onlardan qazanacaq...

04.11.2026 / 18:51
Amerikalıların son Qarabağ müharibəsindən kitab yazmaqlarının ayrı mənası var...

04.11.2026 / 18:35
Samvel Karapetyan, keçmiş PA rəhbəri və daha 36 nəfər saxlanıldı - Paşinyan rəqiblərini məhv edir...

04.11.2026 / 18:16
Ramiz Mehdiyevin çevriliş planını Rusiyaya kim çatdırıb? - YENİ FAKTLAR...

04.11.2026 / 18:02
Netanyahu bu vəziyyətə düşdü - hökumətə həm indiki iqtidar, həm də müxalifət rəhbərlik edəcək...

04.11.2026 / 17:46
Prezidentin sosial media hesablarında “AIREX 2026” sərgisi ilə bağlı videoçarx paylaşılıb

04.11.2026 / 17:40
İsrailin 4 müxalifət partiyası Netanyahuya qarşı hərəkətə keçdi - fövqəladə hökumət qurulur...

İşğaldan azad rayonlarımızda insan faktoru həlledicidir - Məskunlaşmanın əsas istiqamətləri...

XƏBƏR ARXİVİ