Bazar ertəsi günü, 12 oktyabr 2026
     

"Siz mənim ən çox öyrəndiyim MÜƏLLİMİMSİNİZ!" - 82 yaşlı müəllim Azərbaycan Prezidentinə yazır...

Image


Mən Sizə 44 günlük Vətən müharibəsilə əzmini, inamını, milli qürurunu özünə qaytardığınız Böyük Azərbaycanın adi bir vətəndaşı kimi müraciət edirəm. Mən Sizə Ulu öndərimiz Heydər Əliyevin məzunu olması ilə fəxr etdiyi 25 min nəfərlik Bakı Dövlət Universitetinin adi bir müəllimi kimi müraciət edirəm...

Çox hörmətli və əziz Prezident! Mən Sizə 30 illik erməni işğalından azad etdiyiniz bir kəndin - Ağdamın Novruzlu kəndinin bir sakini kimi müraciət edirəm. Mən Sizə 30 il yollarına həsrət qaldığımız və bu gün Sizin sayənizdə yenidən qurulmaqda olan Ağdamın uca minarəsindən müraciət edirəm. Mən Sizə uşaqlıq illərimi çılğın pioner düşərgələrində, tələbəlik illərimin yay günlərini Sizin tonqal yandırdığınız Cıdır düzündə keçirdiyim o xoşbəxt çağlarımın gəncliyindən müraciət edirəm. Mən Sizə Müzəffər Ordumuzla birlikdə düşməndən azad etdiyiniz müqəddəs Qarabağdan müraciət edirəm. Mən Sizə 44 günlük Vətən müharibəsilə əzmini, inamını, milli qürurunu özünə qaytardığınız Böyük Azərbaycanın adi bir vətəndaşı kimi müraciət edirəm. Mən Sizə Ulu öndərimiz Heydər Əliyevin məzunu olması ilə fəxr etdiyi 25 min nəfərlik Bakı Dövlət Universitetinin adi bir müəllimi kimi müraciət edirəm. Mən Sizə Ulu öndərimizin xalqımızın tarixinə əbədi bir sevgi rəmzi kimi yazılmış "Mən həmişə fəxr etmişəm, bu gün də fəxr edirəm ki, mən azərbaycanlıyam!" nidasından fərəh hissi keçirən bir azərbaycanlı kimi müraciət edirəm. Mən Sizə 5 övladı, 12 nəvəsi, 2 nəticəsi olan bir ailənin başçısı kimi müraciət edirəm. Və nəhayət, mən Sizə Bakı Dövlət Universitetinin Jurnalistika fakültəsini bitirmiş, Zəfərimizin reallaşmasında xüsusi xidmətləri olan, Azərbaycanın haqq səsini dünyaya çatdıran, bu gün bir informasiya ordusu olaraq sizin yanınızda dayanmış jurnalistlər ordusunun sıradan bir müəllimi kimi müraciət edirəm.

Cənab Prezident! Mən adi bir insan, sadə bir vətəndaş kimi hər gün camaat içərisindəyəm: metro qatarında, avtobusda, Bakının küçələrində, öz avtomobilimlə tez-tez səfərlərə - doğmalarımı, tələbə məzunlarımızı görməyə üz tutduğum Qarabağ, Quba, Tovuz, Lənkəran... yollarında rast gəldiyim hər kəs sizin haqqınızda qürur hissi ilə danışır. Sizin 44 günlük Vətən müharibəsi günlərində Qarabağın işğaldan azad edilməkdə olan hər nöqtəsi ilə bağlı telekanallarla xalqa fərəh və qürur dolu xəbərləriniz, xarici jurnalistlərə verdiyiniz saysız-hesabsız müsahibələriniz ziyalı zümrəmiz bir yana, sadə camaatın gündən bu günə dəyişilməz mövzusu - söhbət dünyasıdır. Bu sadə insanlar Sizin Vətən müharibəsindən əvvəl Qarabağ söhbətlərinizi qürurla xatırlayırlar. Bir zaman Ağcabədidə qaçqın və köçkünlər üçün inşa edilmiş evlərin açarlarını onlara təqdim edəndə dediyiniz kövrək fikirləri heç kim unuda bilmir. Həmin gün Sizin doğum gününüz idi. Siz o qaçqın və köçkünlərin qarşısında, əlinizdə onlara verdiyiniz mənzillərin açarları yuxarı qaldıraraq dediniz: "Bu gün mənim ad günümdür. Amma mən ad günümü öz evimdə deyil, sizinlə bir yerdə keçirməyi üstün tutdum". Mən özüm də, cənab Prezident, o kövrək səhnəni televiziya efirində izləyirdim. Sizin o sözlərinizin yurduna, yuvasına həsrət qalan o qaçqın və köçkünlərə necə təsir etdiyinin hər kəs şahidi oldu.

Cənab Prezident! Qələbəmizdən sonra Sizin hər həftə, bəzən hər gün azad olunmuş torpaqlarımıza səfərlərinizin hər biri haçansa dastanlara çevriləcək. O yerlərdə qaldırdığınız bayraqlarımız, şəhid ata-anaları qarşısında keçirdiyiniz kövrək hisslər və bu hisslərdən sonra düşmənə mesajlarınız xalqımızın Sizə inamını birə beş artırdı. Sizin Bakı Dövlət Universitetinin 100 illiyi münasibətilə bu müqəddəs elm və təhsil ocağına gəlməyiniz, universitetin kürsüsündəki çıxışınız da xalqımızın yaddaşına yazıldı. Siz o tribunadan bizə - müəllimlərə çağırış etdiniz; Gənc nəslə təkcə elm, bilik vermək bəs deyil, onları bir vətəndaş kimi, Vətənə bağlı nəsil kimi yetişdirmək lazımdır! Sizin bu çağırışınızdan cəmi iki il keçdi və 44 günlük Vətən müharibəsində güvəndiyiniz Azərbaycan gəncliyinin qəhrəmanlığı hər nitqinizin əzbəri oldu. Sizin dövrünüzdə - 30 ildə yetişmiş bu gənclik Şuşanın qarlı qayalarını aşıb o müqəddəs torpaqdan düşməni "iti qovan kimi" qovdu.

Cənab Prezident! Müharibə bitdi, həm 44 gündəki qələbəmizlə, həm də 23 saatlıq antiterror tədbiri ilə. Bu qələbənin başında Ali Baş Komandan, məğlubedilməz ordumuz və dövlət-xalq birliyi dayandı. Amma tanıdığım, münasibətdə olduğum səmimi camaatın belə bir fikri var: Hər şey İlham Əliyevin diplomatik bacarığına bağlı oldu. İndi sadə xalqdan tutmuş səviyyəli politoloqlara qədər hər kəsin dilə gətirdiyi bu fikri - Sizin həm Vətən müharibəsindən, həm də o vaxtdan bu günə gələn fəaliyyətinizdə öz təsdiqini tapmış və tapmaqdadır. Qardaşınız Rəcəb Tayyib Ərdoğana münasibətiniz, Türk Dövlətləri Təşkilatının rəhbərləri ilə səmimi dostluğunuz, Avropa dövlət başçıları ilə görüşləriniz Sizin nə qədər yüksək səviyyəli bir dövlət Lideri olduğunuzu sübut etməkdədir. 44 günlük Vətən müharibəsindən dərhal sonra Rusiyanın  "Nasionalnaya oborona" jurnalının baş redaktoru, dünyaca məşhur jurnalist İqor Korotçenkonun Sizdən müsahibə alarkən sonda dediyi bu cümlə hər kəsin yaxşı yadındadır. İ.Korotçenko sonda Sizə müraciətlə dedi: "Cənab Prezident, Siz dünya Liderləri içərisində ulduz kimi parladınız!" Sizin haqqınızda buna bənzər fikirləri biz dünya şöhrətli qazax şairi və yazıçısı Oljas Süleymenovun, İTAR-TASS kimi beynəlxalq səviyyəli bir təşkilatın Baş direktorunun 1-ci müavini Y.Qusmanın, Türkiyə Prezidenti Rəcəb Tayylb Ərdoğanın, Özbəkistan Prezidenti Şavkat Mirzoyevin və bir çox başqalarının dilindən eşitmişik. 2008-ci ildə Türkiyənin Antalya şəhərində keçirilən Türkdilli Xalqların Qurultayında R.T.Ərdoğanın tribunadan ehtiraslı açılış nitqi anında Siz qurultay salonuna daxil oldunuz və bu anda Ərdoğan nitqinə ara verib "Sayın Başkanım!" nidası ilə Sizi qarşıladı. Onda mən də o salondaydım və Ərdoğanın Sizin gəlişinizə necə sevindiyinin canlı şahidi oldum. Serbiya Respublikasının Lideri Vuçiçin Avropadakı böyük bir tədbirdə çıxışı zamanı üzünü Sizə tutub Avropanın Sizə ayrıca sevgisini dilə gətirməsi də ürəyimizi qürur hissi ilə doldurdu və s.

Cənab Prezident! Sizin diplomatik görüşlərdəki nitqinizə heyran qalmamaq mümkün deyil. Sizin doğma dilə sevginiz, heç bir kağıza baxmadan göstərdiyiniz şifahi nitq üslubunuz şəxsən mənə bir dərs təsiri bağışlayır. Əlbəttə, deyə bilərik ki, bir azərbaycanlı adamın öz dilinə belə münasibətində nə təəccüb var? Amma axı, biz hamımız onu da bilirik ki, Siz bütün təhsilinizi - orta məktəbdən tutmuş Moskva Dövlət Beynəlxalq Münasibətlər Akademiyasına qədər hamısını rus dilində bitirmisiniz. Bəli, bütün təhsilini başqa dildə alıb öz dilində yaxşı danışıb yazanlar çoxdur. Amma bütün səmimiyyətimlə deyirəm ki, belə məzunlar içərisində mənim Prezidentim qədər səviyyəli bir kəsə rast gəlməmişəm. Siz, cənab Prezident, eyni aydın üsluba və nitqə, xarici dillərdəki çıxışlarınızda da sahibsiniz. Sizin xarici jurnalistlərlə apardığınız brifinqlərdə hər kəsin sualına onun öz dilində səlis cavabınız həmin jurnalistlərin reportajlarında, bir qayda olaraq, ayrıca yer alır.

Cənab Prezident! Bizim Bakı Dövlət Universitetində struktur otaqlarının hər birində Ulu Öndərin və Sizin özünüz qədər yaraşıqlı və qürurlu portretiniz asılıb. Mən hər dəfə iş otağımdakı divarda Sizin portretinizə baxanda Qələbədən sonrakı çıxışlarınızın birində dediyiniz bir fikrinizi xatırlayıram. Siz o zaman dediniz ki, "işğaldan ötən uzun illərin sonlarında artıq köçkünlərimizin doğma yurdlarına qayıtmaq ümidləri sönməyə başlamışdı. Biz bu ümidi yenidən onlara qaytardıq və 44 gün ərzində torpaqlarımızı düşməndən azad etdik". Cənab Prezident! Siz təkcə qaçqın və köçkünlərimizi deyil, bütöv bir xalqın, milyonların ümid çırağı oldunuz. Bu ümid çırağının gur şöləsi  Zəfər yolunu işıqlandırdı və bu işıq əbədi bir məşəl kimi bu gün daha əzəmətlə yolumuza işıq saçmaqdadır.  Və bir də, cənab Prezident, yəqin hamı bilir ki, hər bir müəllim şagirdindən, tələbəsindən yaşca mütləq böyük olur. Mən Sizin çoxistiqamətli fəaliyyətinizdən, diplomatik görüşlərinizdən, Vətənə, xalqa sonsuz sevginizdən, Zəfər yolundakı  qəhrəmanlığınızdan, şəhid sözü qarşısında keçirdiyiniz kövrək duyğularınızdan, gənc nəslə qayğılarınızdan, yaşlı nəslə intəhasız hörmətinizdən, çoxsaylı dil öyrənmək bacarığınızdan, səlis və aydın nitq qabiliyyətinizdən, ən çətin suallar qarşısındakı hazırcavablığınızdan dərs almaqdayam. Bu hesabla Siz mənim ən çox öyrəndiyim MÜƏLLİMİMSİNİZ!  Tələbəsindən nə az, nə çox - düz 20 yaş cavan bir MÜƏLLİMİM! Mən 2024-cü il fevralın 7-də Respubilkamızın Prezidentliyinə namizəd  MÜƏLLİMİMƏ 82 yaşlı bir tələbəsi kimi ürəyimin bütün hərarəti ilə səs verəcəyəm!

Cahangir MƏMMƏDLİ

Professor, BDU-nun Jurnalistika fakültəsinin  Milli Mətbuat tarixi kafedrasının müdiri




VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Dünyada xaos böyüyür, Azərbaycana təhlükə də artır... - VİDEO

Erməni təcavüzündən hələlik 32 kütləvi məzarlıq qalıb - Xarici dipkorpusun mövqeyi...

Prezident Əliyevin məntiqi - “Belə nankor qonşusu olanlar daim öz hərbi gücünü artırmalıdır...”

1000-5000 pensiya alanların artımı nə qədər olacaq?..

SON XƏBƏRLƏR

12.10.2026 / 11:53
Bu şəxslər kredit götürənlərə zamin dura bilməyəcək - Mərkəzi Bankdan YENİ QƏRAR...

12.10.2026 / 11:49
Prezident: "Kamboca ilə siyasi münasibətlərimiz güclüdür"

12.10.2026 / 11:44
"Kamboca ilə beynəlxalq təşkilatlarda çox sıx əməkdaşlıq edirik" - Prezident İlham Əliyev

12.10.2026 / 11:43
Prezident: "Azərbaycan və Kamboca ikitərəfli ticarətin inkişafına yönəlmiş işçi qrupu yaratmaq barədə razılığa gəliblər"

12.10.2026 / 11:35
"Azərbaycan və Kamboca əlaqələri intensivləşdirmək barədə razılığa gəliblər" - Prezident

12.10.2026 / 11:34
Prezident İlham Əliyev və Kambocanın Baş naziri mətbuata bəyanatlarla çıxış edirlər

12.10.2026 / 11:33
Prezident İlham Əliyevin iştirakı ilə Azərbaycan-Kamboca sənədləri mübadilə olunub

12.10.2026 / 11:31
Prezident İlham Əliyevin Kambocanın Baş naziri ilə geniş tərkibdə görüşü olub - FOTO

12.10.2026 / 11:25
"Türk xalqlarının ortaq mədəni irsinin qorunması birgə fəaliyyətimizin aparıcı istiqamətlərindən olmalıdır" - Prezident

12.10.2026 / 11:22
Prezident: "Süni intellektin sürətli inkişafı əqli mülkiyyət sistemləri qarşısında yeni vəzifələr müəyyən edir"

12.10.2026 / 11:20
"Azərbaycan hər zaman Türk dünyasının sıx birləşməsi naminə bütün səylərini səfərbər edib" - Prezident

12.10.2026 / 11:19
Prezident TDT-yə üzv dövlətlərin əqli mülkiyyət qurumları rəhbərlərinin 2-ci Görüşünün iştirakçılarına müraciət etdi

12.10.2026 / 11:18
Bakıda TDT-yə üzv dövlətlərin əqli mülkiyyət qurumları rəhbərlərinin ikinci görüşü keçirilir

12.10.2026 / 11:05
Prezident İlham Əliyev İspaniyanın Kralına məktub ünvanlayıb

12.10.2026 / 11:02
Milli Məclisin deputatı Vüqar Rəhimzadə Culfada seçiciləri ilə növbəti görüşünü keçirib - FOTO

12.10.2026 / 10:57
Trampın yeni atəşkəs təklifi daha çox Moskvanın işinə yarayacaq - Ukraynanın yalnız bir neft zavodu var, Rusiyanın isə…

12.10.2026 / 10:54
Prezident İlham Əliyevin Kambocanın Baş naziri ilə məhdud tərkibdə görüşü olub - FOTO

12.10.2026 / 10:38
İranın daxili işlər naziri Azərbaycana niyə gəlib...

12.10.2026 / 10:21
Xəzər rayonunda dörd vəzifəli şəxs cəzalandırıldı...

12.10.2026 / 10:09
Bakıda Kamboca Krallığının Baş nazirinin rəsmi qarşılanma mərasimi olub - FOTO

12.10.2026 / 09:50
"Dini hisslərdən siyasi məqsədlər üçün istifadə yolverilməzdir" - Təhsil Şurası

12.10.2026 / 09:45
Trampın xüsusi elçiləri Rusiya səfərini buna görə təxirə saldı…

12.10.2026 / 09:20
Börnemdən 2016 “Brexit” seçkiləri barədə şok iddia - “Rusiya müdaxiləsi olub…”

12.10.2026 / 09:20
Səudiyyə husilərlə müharibədə Qərb müttəfiqlərindən gözlədiyi dəstəyi ala bilmir - Ər-Riyad məyus olub…

12.10.2026 / 09:08
AIIB Azərbaycanda dəniz suyunun duzsuzlaşdırılması zavodu üçün 45 milyon dollar ayırıb

11.10.2026 / 20:09
Bessent dizel razılaşmasına qarşı çıxan Avropanı ifşa etdi - Rusiyaya Ukraynaya köçürdüklərindən daha çox pul ödəyirlər…

11.10.2026 / 19:20
Tramp Rusiya və Ukraynanın "enerji atəşkəsi" barədə razılığa gəldiyini iddia edir…

11.10.2026 / 17:34
Namus hicabdan, ya qeyri-hicab geyimdən gəlmir…

11.10.2026 / 17:10
Milli QHT Forumu Azərbaycan cəmiyyətini xarici təsirlərə qarşı ayıq-sayıq olmağa çağırdı

11.10.2026 / 15:38
Səlhab Məmmədov:"Bir müəllim kimi, bu qərarı dəstəkləyirəm"

11.10.2026 / 15:04
Orta məktəb müəllimləri "məktəbli forması, ya hicab" mövzusundan danışmağa başladısa…

11.10.2026 / 14:23
Baba Vəziroğu: "Hərtərəfli düşünülmüş və düzgün verilmiş qərardır"

11.10.2026 / 13:24
Makron Fransada nüfuzunu tam itirdi - reytinqi 15 faizə düşdü…

11.10.2026 / 12:55
Gülyanaq Məmmədova:"Şagird şagird kimi geyinməlidir"

11.10.2026 / 12:32
ABŞ qırıcısı İran limanından çıxan ticarət gəmisini Oman körfəzində vurdu…

11.10.2026 / 12:13
Tramp Zelenskinin onu zəif adlandırmasından qəzəbləndi – o artıq getməlidir…

11.10.2026 / 12:08
Beynəlxalq Qızlar Günü münasibətilə tədbir keçirilib

11.10.2026 / 10:51
Estoniya Tramp-Putin razılaşmasına üsyan etdi - Ukraynanın Rusiyanın neft zavodlarını xarabalığa çevirməsinə dəstək verəcəyik…

11.10.2026 / 10:33
ABŞ Konqresi Rusiya neftinin bütün alışlarını qadağan edən qanun layihəsi hazırlayır

11.10.2026 / 09:28
Türkiyədə 15 yaşdan kiçik uşaqların sosial mediadan istifadəsinə qadağa qoyulur…

11.10.2026 / 09:10
Səudiyyəyə qanlı hücum… Ər-Riyad hava limanı bombalandı - 12 ölü, yüzlərlə yaralı var...

10.10.2026 / 21:44
Tramp Putinlə danışdıqdan sonra Zelenski ilə bağlı qəti qərar verdi – o fürsəti əldən verdi, Ukraynanın yeni prezidentə ehtiyacı var…

10.10.2026 / 21:18
Berlin ABŞ-Rusiya dizel razılaşmasını rədd etdi - yeni sanksiyalardan imtina etməyəcəyik...

10.10.2026 / 20:30
Zelenski Trampın Rusiya dizelinə sanksiyaları ləğv etməsini "Putinə ad günü hədiyyəsi" adlandırdı - nəyə nail oldunuz…

10.10.2026 / 20:27
Yazıq uşaqlar... Heç dərk etmirlər ki, nə boyda bəlanın içinə düşüblər... - VİDEO

10.10.2026 / 19:48
Rusiyada bir sıra gürcü şərablarının və pivələrinin satışına qadağan qoyuldu…

10.10.2026 / 19:22
Finlandiya ruslara Avropaya turist vizalarının verilməsinin dayandırılmasına çağırdı...

10.10.2026 / 19:04
Tramp Zelenskinin ABŞ-ın tələblərini qulaqardına vurmasından sonra Rusiya ilə razılığa gəldi - Kiyevə kəşfiyyat dəstəyi də dayandırıla bilər…

10.10.2026 / 18:47
Trampdan İrana yeni mesaj - ya hər şeyi bizə verəcəksiniz, ya da yox olacaqsınız…

10.10.2026 / 17:53
Rusiya Kiyevdə Azərbaycan restoranını vurdu...

10.10.2026 / 17:17
Mollanəsrəddin lətifələrində memarlıq cizgiləri...

10.10.2026 / 16:33
Prezident İlham Əliyev və Ramzan Kadırov birgə nahar ediblər - FOTO

10.10.2026 / 16:04
Prezident İlham Əliyev və Kadırov “Bakı Ağ Şəhər”də olublar - FOTO

10.10.2026 / 15:47
Ramzan Kadırov Bakı-Qroznı təyyarəsinin qəzası ilə əlaqədar bir daha başsağlığı verib

10.10.2026 / 15:44
Prezident İlham Əliyev Ramzan Kadırovu qəbul etdi - FOTO

10.10.2026 / 14:40
Dünya səyyahları Cəbrayılda minaların zərərsizləşdirilməsi prosesini izlədi

10.10.2026 / 14:16
Pensiya kapitalında azalma ilə bağlı RƏSMİ açıqlama...

10.10.2026 / 13:55
Şahbaz Şərif Prezident İlham Əliyevə zəng edib

10.10.2026 / 12:16
Gündəlik kreditlərin gecikdirilməsi ilə bağlı yeni qayda qüvvəyə mindi

10.10.2026 / 11:50
MM deputatları, bir sıra QHT rəhbərləri ABŞ Konqresinin senator və Nümayəndələr Palatasının üzvlərinə müraciət etdi...

10.10.2026 / 11:38
Dünya səyyahları Horadiz-Ağbənd avtomobil və dəmir yolunda görülən işlərlə tanış olub

10.10.2026 / 11:07
Yazıçılar Birliyi üzvlük haqqını ödəməyənlərə növbəti dəfə xəbərdarlıq etdi - məsuliyyətli davransınlar...

10.10.2026 / 10:54
Bir sıra birinci instansiya məhkəmələrinə hakimlər təyin edildi - SƏRƏNCAM

10.10.2026 / 10:50
Azərbaycan-Gürcüstan dövlət sərhədinin delimitasiyası və demarkasiyası üzrə Dövlət Komissiyasının yeni tərkibi təsdiqlənib

10.10.2026 / 10:15
907-ci düzəliş birdəfəlik ləğv olunmalıdır - ABŞ administrasiyasına çağırış edildi...

10.10.2026 / 09:08
"Putin Azərbaycan və Ermənistan arasında münaqişəni həll etdiyimə inana bilmirdi" - ABŞ Prezidenti

10.10.2026 / 08:10
İsrail Suriya-Livan sərhədini bombaladı - terrorçu Hassuna görə

10.10.2026 / 07:52
Tramp Putinlə yüz minlərlə ton dizel barədə sövdələşdi - Ukrayna şokda…

10.10.2026 / 06:38
“Flydubai” canisi təyyarəni sərnişin terminalına çırpmağı planlayıbmış - 11 sentyabr örnəyi…

09.10.2026 / 23:44
Məktəbin yolu nə məscid yoludur, nə də kilsə yoludur... Hicab yalnız məsciddə və məişətdə uyğundur...

09.10.2026 / 23:27
Türkiyə Azərbaycanla münasibətləri hədəf alan paylaşımları dezinformasiya adlandırdı

09.10.2026 / 22:31
Rusiya Ukrayna ilə "enerji atəşkəsi" müqabilində ABŞ-dan sanksiyaların qaldırılmasını istədi…

09.10.2026 / 22:08
Almaniya kansleri Şröderi Putinin ad gününə getdiyinə görə sərt tənqid etdi – bu əxlaqsızlıqdır…

09.10.2026 / 21:42
Gürcüstanda Avropa Parlamentinə qarşı “üsyan” başladı...

09.10.2026 / 21:25
Rubio Avropadan ABŞ-ın təbəəsi olmağı tələb etdi... "əks halda məhvə gedirsiniz"...

09.10.2026 / 21:09
“Ali təhsil qanunu” rektorlarla Təhsil Nazirliyinin əlində əsir-yesir qalıb - Deputat əla dedi...

09.10.2026 / 20:52
Zəngəzur dəhlizində elektrik xəttinin çəkilişi “başladı”...

09.10.2026 / 20:35
Müqaviləsiz işləyənlər pensiyadan məhrum olacaq...

09.10.2026 / 20:26
Prezident İlham Əliyevin sosial media hesablarında Türkmənistana işgüzar səfərinə dair videoçarx paylaşılıb

09.10.2026 / 20:17
MDB dövlət başçılarının zirvəsində İran prezidenti ilk dəfə...

09.10.2026 / 19:55
Azərbaycanın 3 türk dövləti ilə 100 milyonlarla dollarlıq investisiya fondları...

Dövlətçilik tarixinə siyasi-ideoloji baxış, milli-mədəni mühitin mühafizəsi...

XƏBƏR ARXİVİ