Bazar ertəsi günü, 12 oktyabr 2026
     

Azərbaycan oftalmologiyasının "gözünə nur verən" Zəriflik – Zərifə Əliyeva...

Image


Azərbaycanda oftalmologiya elminin inkişafından danışarkən ilk göz önünə gələnlərdən biridir Zərifə Əliyeva. Onun zərif və şəfalı əlləri neçə insanın gözünə nur verib, həyatına rəng qatıb, yəqin ki, sayı bilinmir. Elə yetişdirdiyi və sonradan tibb elminə öz töhfələrini verən tələbələrinin – peşəkar oftalmoloqların da sayı bilinmir çox güman. Budur, mənalı ömür yaşamanın bəhrəsi - o həm qaranlıq gözlərə işıq bəxş etdi, həm də bu yolda yürüyərək bu müqəddəs peşəni davam etdirən həkimlər ordusu yetişdirdi. "Yaşamaq yanmaqdır, yanasan gərək..." – deyirdi ustad Bəxtiyar Vahabzadə. Zərifə xanım Əliyeva da belə bir ömür yaşadı, ömrünü şam kimi əridərək, işığı sönmüş gözlərə nur çilədi...

Zərifə xanım Əliyeva şəxsiyyətindəki alicənablıqla şarmın mükəmməl sintezi onun Azərbaycan milli-mənəvi dəyərlərinin incilərini özündə qoruyub saxlayan bir ailənin - görkəmli dövlət xadimi Əziz Əliyevin ailəsində doğulmasının işartıları idi yəqin. Deyilənə görə, Zərifə xanımın bir şəxsiyyət kimi yetişməsində anası Leyli xanımın əməyi əvəzsiz olub. Aristokratlıq gendən gəlir deyirlər. Görünür, bunun nəticəsidir ki, əsl aristokrat ailələrdə olduğu kimi, Zərifə xanım gənc yaşlarından həm elmlə, həm də musiqi ilə məşğul olub. Onun ömür-gün yoldaşı, görkəmli dövlət xadimi Heydər Əliyevi mahnı ifa edərkən pianoda müşayiət etməsi səhnəsi kimləri riqqətə gətirməyib ki?! Axı bu mükəmməl ailə tablosunda xoşbəxt bir ailəyə xas hər şey var – qarşılıqlı hörmət, sevgi, ehtiram və hüzur...

 "Əsl həkim yalnız o şəxsdir ki..."

Zərifə xanım Əliyeva sənətinin dəyərini bilən və onu uca tutan həkimlərdən idi. Təsadüfi deyil ki, o öz mühazirələrində də yetişdirmələrinə həkimlik peşəsinin necə uca və gərəkli sahə olduğunu təlqin edirdi.

"Əsl həkim yalnız o şəxsdir ki, xəstənin əzablarını öz əzabları bilir və onun üçün sağalıb evinə-eşiyinə qayıtmış insanın təbəssümü ən yüksək mükafatdır" – deyirdi Zərifə xanım. Elə təkcə bu iki cümlə bu böyük şəxsiyyətin mənəvi cəhətdən necə zəngin bir insan olduğunu ortaya qoymuş olur.


Vikipediya məlumatlarında deyilir ki, Naxçıvan Muxtar Respublikasının Şərur rayonunun Şaxtaxtı kəndində dünyaya göz açan Zərifə xanımın musiqiyə çox böyük həvəsi olsa da, özünə həyat yolu kimi tibb sahəsini seçib. Elə təbabətin ən incə sahəsi olan oftamologiyanı seçməsi də bu incə ruhlu xanımın xarakterik cəhətlərinə işıq tutur. Zərifə xanımın özəl xüsusiyyətlərindən biri isə onun təkcə həkimlik fəaliyyətilə kifayətlənməyib, daim axtarışda olması idi. Belə ki, o bu sahədə işləyən zaman çox fəal elmi işlə məşğul olmağa başlayıb. Xüsusən də, Zərifə xanım Azərbaycanın bölgələrində yayılan traxomaya qarşı mübarizədə fəal iştirak edib, traxoma kimi ağır xəstəliyin çox sadə müalicə üsulunu kəşf edib: onun "Sintometsin"lə müalicəsini apararaq, bu işləri tibb elmləri namizədi dissertasiyası ilə başa çatdırıb. Bundan sonra Zərifə xanımın elmi fəaliyyəti peşə xəstəliklərinə həsr olunub. Zərifə xanım Əliyeva Elmi-Tədqiqat Göz Xəstəlikləri İnstitutunun laboratoriyasında çalışmaqla yanaşı, Bakıda fəaliyyət göstərən Bakı Kondisonerlər Zavodunda laboratoriyanın açılmasına nail olaraq, orada da eksperimentlər aparmağa başlayıb və doktorluq dissertasiyasını müdafiə edib. Beləliklə, Zərifə Əliyeva traxomanın ləğvində böyük bir təcrübi bilik yaradıb. Maraqlıdır ki, tibb elminin sürətlə inkişaf etməsinə baxmayaraq, Azərbaycan tibb təcrübəsində hələ də həkim diantologiyası, irididiaqnostika və onun müəyyən etdiyi bir sıra üsullardan geniş istifadə olunur və nailiyyətlər əldə edilir.

Zərifə xanım irididiaqnostika, diantologiya, həkim-xəstə münasibətlərinə və s. həsr olunmuş bir sıra elmi işlərin də müəllifi olub. Onun 150-yə yaxın elmi işi və çap olunmuş 10 monoqrafiyası mövcuddur. Daim axtarışda olan Zərifə xanım Əliyeva elmi fəaliyyətdən əlavə, çox fəal ictimai işlərlə məşğul olub. Eyni zamanda bir sıra tibbi jurnal redaksiyalarının  üzvü kimi çalışan Zərifə Əliyeva bir neçə doktorluq dissertasiyasının elmi rəhbəri və çox sayda namizədlik dissertasiyasının müəllifi olub. Zərifə xanımın ən böyük xidmətlərindən biri isə onun oftamologiyanı, nəinki Azərbaycanda, eləcə də çox uzaq xarici ölkələrdə də tanıtması olub. Ünlü doktor daha çox Moskva alimləri ilə sıx əlaqədə olaraq, onlarla bərabər elmi monoqrafiyalar yazıb. Elə bu yöndə yorulmaz fəaliyyətinə görə də Zərifə Əliyeva SSRİ Tibb Elmləri Akademiyasının akademiki M.İ.Averbax mükafatına layiq görülüb. Zərifə Əliyevaya verilən bu ad əslində Azərbaycan oftamologiyasına verilən böyük qiymət idi. Çünki Zərifə Əliyevanın tibb sahəsində gördüyü işlərin elmi dairəsi çox geniş idi və o, öz yorulmaz fəaliyyəti ilə həm də Azərbaycan tibb elminin adını ucaldırdı.

"Gözəl həkim, sadə insan, qayğıkeş ANA..."

 Tanıyanlar, zamanında ünsiyyətdə olanlar onu məhz belə xarakterizə edir – gözəl həkim, sadə insan, qayğıkeş ana və həyat yoldaşı. Bu dəyərli insan haqqında hər kəs - istər xəstələri, istər tələbələri, istərsə də çiyin-çiyinə çalışdığı insanlar yalnız xoş sözlər söyləyir ki, bu da Zərifə xanımın daxilən necə zəngin, alicənab bir insan olduğundan xəbər verir. Bu sadə və səmimi xanımın hər kəslə öz dilində danışması onu hər kəsə sevdirirdı. Barəsində yazılanlardan aydın olur ki, nə qədər yumşaq təbiətli insan olsa da, akademik Zərifə xanım özünə və ətrafdakılara qarşı çox tələbkar idi. Onun hər cür laborant və doktorluq işlərini öz öhdəsinə götürdüyü, işlərini çox tələskən və vaxtında yerinə yetirən bir insan olduğu qeyd olunur. Eyni zamanda bildirilir ki, gənclərə çoxlu tövsiyələr verən, onları tərbiyələndirən Zərifə xanım gənclərlə işləməkdən böyük qürur duyurdu. Onlara öyrədirdi ki, "Həkimlə xəstənin birbaşa əlaqəsi müalicənin əhəmiyyətini yüksəldir və həkim xəstənin ən doğma adamıdır"...

 "…Mənim üçün o, birinci növbədə böyük bir insan idi..."

 Deyirlər, o insanlar xoşbəxt ömür yaşamış sayılır ki, həyatdan getdikdən illər, hətta onilliklər sonra da rəğbətlə anılır, sevgi ilə xatırlanır. Zərifə xanım Əliyevanın məhz bu xoşbəxtlərdən olduğunu isə onun haqqında söylənilən nostalji fikirlər sübut edir.

"Mənim üçün o, birinci növbədə böyük bir insan idi. Zərifə xanım sədaqətli həyat yoldaşı, çox mehriban, sədaqətli ana, mənim ailəmi, mənim uşaqlarımı, mənim nəvələrimi yaşadan, böyüdən bir fədakar insan kimi qəlbimdə yaşayır". 

Bu sözləri mərhum prezident, ümummilli lider Heydər Əliyev ömür-gün yoldaşı Zərifə Əliyeva haqqında deyib. Ulu öndər deyirdi: "Zərifə xanım kimi həyat yoldaşım olduğuna və o, ailəmdə çox yüksək mənəvi mühit yaratdığına görə mən xoşbəxt olmuşam"... Həyatımın bütün dövrlərində işlə məşğul olduğuma görə ailə məsələlərinə fikir verməyə vaxtım olmayıb. Bunların hamısı Zərifə xanımın üstünə düşüb və o, bu vəzifəni şərəflə, sədaqətlə, çox böyük məharətlə yerinə yetirib".



Heydər Əliyev xatirələrində Zərifə xanımla tanış olmalarından bəhs edərkən isə deyir: "Biz Zərifə xanımla Kislovodskda tanış olduq.... və onu görən kimi bildim ki, ürəyimə girdi".

Eləcə də Prezident İlham Əliyev "Mən xoşbəxtəm ki, Zərifə xanım kimi anam olmuşdur... Mənim anam əsl alim idi... Onun unudulmaz obrazı bu gün də mənim üçün çox əzizdir, doğmadır. Zərifə xanım yüksək davranış meyarlarına malik idi. İnsanlara münasibətdə səmimiyyət, xeyirxahlıq, eyni zamanda yüksək mədəniyyət, alicənablıq – bütün bu müsbət keyfiyyətləri özündə birləşdirmişdi. Alim kimi Zərifə xanım çox böyük zirvələrə çata bilmişdir. Onun əsərləri, elmi monoqrafiyaları bu gün də öz aktuallığını itirmir"- deyə bildirir, yoxluğuna isə "Onun vəfatından sonra mənim həyatım, bütün ailəmizin həyatı dəyişildi. Yəni mən indi o vaxtlardakı kimi gülə bilmirəm, həyatımda xoşbəxt hadisə olanda düşünürəm ki, o da bunun üçün sevinərdi"- sözlərilə şərh verir.

Akademik Zərifə Əliyevanın 100 illik yubileyinin qeyd edilməsi haqqında Prezident Sərəncamında yer alan bu fikirlər də maraqlıdır: "Həkimlik etikasını bütün elmi və pedaqoji fəaliyyəti boyu daim diqqət mərkəzində saxlayan Zərifə Əliyeva respublikada yüksəkixtisaslı kadrların hazırlanması işinə gərgin əmək sərf etmiş, gənc alimlərin və həkim-oftalmoloqların böyük bir nəslini formalaşdırmışdır".


Azərbaycanın Birinci vitse-prezidenti, gəlini Mehriban Əliyeva isə xanım akademik haqqında "Bu xeyirxah, mehriban, səmimi insanı tanıyan hər kəs kimi, mən də onun nurlu simasını yaddaşımda qoruyub saxlayıram!" – deyə bildirir.

Zərifə Əliyeva haqqında elm adamlarının fikirləri də maraqlıdır. Akademik N.Puşkovskaya Zərifə xanım Əliyevanı "xeyirxahlıq Zərifə Əliyevanın həyat tərzi idi" sözlərilə xatırlayır, professor A.Brovkina onu "nəciblik və mənəvi paklıq timsalı" kimi dəyərləndirir, professor N.Şulpina isə "dünya şöhrətli alim" adlandırır. Bütün bu dəyərləndirmələr isə Zərifə xanım Əliyevanın işıqlı obrazını bir daha gözlər önündə canlandırır və onun mənəvi aləminin zənginliyini göstərir.

Bu gün adını daşıyan Milli Oftalmologiya Mərkəzində Zərifə Əliyevanın müəyyənləşdirdiyi ənənə davam edir. Yəqin ki, elmin ən son nailiyyətlərini əks etdirən ən müasir tibb avadanlıqları və qayğıkeş, savadlı həkim heyətilə xalqın xidmətində dayanan bu Mərkəzin bugünkü uğurlu fəaliyyəti elə Zərifə xanımın görmək istədiyi reallıq idi. Bütün bu deyilənlər isə onu deməyə əsas verir ki, oftalmologiya elminin inkişafında və Azərbaycanda tibb elminin bu sahəsinin nailiyyətlərində əvəzsiz rola malik olan akademik Zərifə Əliyeva xatirələrdə hər zaman səmimi, işıqlı və fədakar bir insan kimi qalacaq, neçə belə 100 illər keçsə də...

Samirə SƏFƏROVA

Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi (TƏBİB), Medianın İnkişafı Agentliyi və Azərbaycan Mətbuat Şurasının "Bir ömür xidmətinizdə..." mövzusundakı birgə müsabiqəsinə təqdim edilir.




VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Dünyada xaos böyüyür, Azərbaycana təhlükə də artır... - VİDEO

Erməni təcavüzündən hələlik 32 kütləvi məzarlıq qalıb - Xarici dipkorpusun mövqeyi...

Prezident Əliyevin məntiqi - “Belə nankor qonşusu olanlar daim öz hərbi gücünü artırmalıdır...”

1000-5000 pensiya alanların artımı nə qədər olacaq?..

SON XƏBƏRLƏR

12.10.2026 / 16:29
Kallas Trampın Rusiya ilə dizel anlaşmasına çox aqressiv cavab verdi...

12.10.2026 / 16:17
"Xaricdən gələn ideoloji təhdidlərin neytrallaşdırılması günümüzün əsas tələbidir" - Vüqar Rəhimzadə

12.10.2026 / 15:46
Ərdoğanın və Baxçalının deputatları əmlakların araşdırılması qanununa imkan vermədilər...

12.10.2026 / 15:43
ABŞ və İsrail İrana qarşı müharibənin növbəti mərhələsinə start verir...

12.10.2026 / 15:28
Azərbaycanın ilk addımı məscidlərin bərpası oldu

12.10.2026 / 15:23
Qəzənfər Paşayev: “Vahid məktəbli formasının olması çox böyük xoşbəxlikdir”

12.10.2026 / 14:59
Ceyran Mahmudova:"Hər bir şagirdin eyni geyim qaydalarına riayət etməsi məktəb kollektivinə mənsubiyyət hissini gücləndirir..."

12.10.2026 / 14:45
Paşinyan Cermuk və Sisyanı Amulsar qızılına bükməyə hazırlaşır...

12.10.2026 / 13:23
Məhəmməd Füzuli yaradıcılığında memarlıq motivləri və cizgiləri

12.10.2026 / 13:15
Bu şəxslər üçün bankdan kredit götürmək çətinləşir - yeni qaydalar açıqlandı...

12.10.2026 / 13:03
İctimai qaydanı kobud şəkildə pozan 37 nəfər həbs edildi...

12.10.2026 / 12:57
Mənsum İbrahimov:"Son günlər müzakirə olunan geyim normaları ilə bağlı qərara diqqət yetirdikdə..."

12.10.2026 / 12:55
Azərbaycanın və Kambocanın birinci xanımları görüşüblər

12.10.2026 / 12:04
"Azərbaycan Asiya ilə Avropa arasında yerləşən ölkə kimi bağlantılarda öz rolunu oynayır" - Prezident

12.10.2026 / 11:53
Bu şəxslər kredit götürənlərə zamin dura bilməyəcək - Mərkəzi Bankdan YENİ QƏRAR...

12.10.2026 / 11:49
Prezident: "Kamboca ilə siyasi münasibətlərimiz güclüdür"

12.10.2026 / 11:44
"Kamboca ilə beynəlxalq təşkilatlarda çox sıx əməkdaşlıq edirik" - Prezident İlham Əliyev

12.10.2026 / 11:43
Prezident: "Azərbaycan və Kamboca ikitərəfli ticarətin inkişafına yönəlmiş işçi qrupu yaratmaq barədə razılığa gəliblər"

12.10.2026 / 11:35
"Azərbaycan və Kamboca əlaqələri intensivləşdirmək barədə razılığa gəliblər" - Prezident

12.10.2026 / 11:34
Prezident İlham Əliyev və Kambocanın Baş naziri mətbuata bəyanatlarla çıxış edirlər - FOTO

12.10.2026 / 11:33
Prezident İlham Əliyevin iştirakı ilə Azərbaycan-Kamboca sənədləri mübadilə olunub - FOTO/YENİLƏNDİ

12.10.2026 / 11:31
Prezident İlham Əliyevin Kambocanın Baş naziri ilə geniş tərkibdə görüşü olub - FOTO

12.10.2026 / 11:25
"Türk xalqlarının ortaq mədəni irsinin qorunması birgə fəaliyyətimizin aparıcı istiqamətlərindən olmalıdır" - Prezident

12.10.2026 / 11:22
Prezident: "Süni intellektin sürətli inkişafı əqli mülkiyyət sistemləri qarşısında yeni vəzifələr müəyyən edir"

12.10.2026 / 11:20
"Azərbaycan hər zaman Türk dünyasının sıx birləşməsi naminə bütün səylərini səfərbər edib" - Prezident

12.10.2026 / 11:19
Prezident TDT-yə üzv dövlətlərin əqli mülkiyyət qurumları rəhbərlərinin 2-ci Görüşünün iştirakçılarına müraciət etdi

12.10.2026 / 11:18
Bakıda TDT-yə üzv dövlətlərin əqli mülkiyyət qurumları rəhbərlərinin ikinci görüşü keçirilir

12.10.2026 / 11:05
Prezident İlham Əliyev İspaniyanın Kralına məktub ünvanlayıb

12.10.2026 / 11:02
Milli Məclisin deputatı Vüqar Rəhimzadə Culfada seçiciləri ilə növbəti görüşünü keçirib - FOTO

12.10.2026 / 10:57
Trampın yeni atəşkəs təklifi daha çox Moskvanın işinə yarayacaq - Ukraynanın yalnız bir neft zavodu var, Rusiyanın isə…

12.10.2026 / 10:54
Prezident İlham Əliyevin Kambocanın Baş naziri ilə məhdud tərkibdə görüşü olub - FOTO

12.10.2026 / 10:38
İranın daxili işlər naziri Azərbaycana niyə gəlib...

12.10.2026 / 10:21
Xəzər rayonunda dörd vəzifəli şəxs cəzalandırıldı...

12.10.2026 / 10:09
Bakıda Kamboca Krallığının Baş nazirinin rəsmi qarşılanma mərasimi olub - FOTO

12.10.2026 / 09:50
"Dini hisslərdən siyasi məqsədlər üçün istifadə yolverilməzdir" - Təhsil Şurası

12.10.2026 / 09:45
Trampın xüsusi elçiləri Rusiya səfərini buna görə təxirə saldı…

12.10.2026 / 09:20
Börnemdən 2016 “Brexit” seçkiləri barədə şok iddia - “Rusiya müdaxiləsi olub…”

12.10.2026 / 09:20
Səudiyyə husilərlə müharibədə Qərb müttəfiqlərindən gözlədiyi dəstəyi ala bilmir - Ər-Riyad məyus olub…

12.10.2026 / 09:08
AIIB Azərbaycanda dəniz suyunun duzsuzlaşdırılması zavodu üçün 45 milyon dollar ayırıb

11.10.2026 / 20:09
Bessent dizel razılaşmasına qarşı çıxan Avropanı ifşa etdi - Rusiyaya Ukraynaya köçürdüklərindən daha çox pul ödəyirlər…

11.10.2026 / 19:20
Tramp Rusiya və Ukraynanın "enerji atəşkəsi" barədə razılığa gəldiyini iddia edir…

11.10.2026 / 17:34
Namus hicabdan, ya qeyri-hicab geyimdən gəlmir…

11.10.2026 / 17:10
Milli QHT Forumu Azərbaycan cəmiyyətini xarici təsirlərə qarşı ayıq-sayıq olmağa çağırdı

11.10.2026 / 15:38
Səlhab Məmmədov:"Bir müəllim kimi, bu qərarı dəstəkləyirəm"

11.10.2026 / 15:04
Orta məktəb müəllimləri "məktəbli forması, ya hicab" mövzusundan danışmağa başladısa…

11.10.2026 / 14:23
Baba Vəziroğu: "Hərtərəfli düşünülmüş və düzgün verilmiş qərardır"

11.10.2026 / 13:24
Makron Fransada nüfuzunu tam itirdi - reytinqi 15 faizə düşdü…

11.10.2026 / 12:55
Gülyanaq Məmmədova:"Şagird şagird kimi geyinməlidir"

11.10.2026 / 12:32
ABŞ qırıcısı İran limanından çıxan ticarət gəmisini Oman körfəzində vurdu…

11.10.2026 / 12:13
Tramp Zelenskinin onu zəif adlandırmasından qəzəbləndi – o artıq getməlidir…

11.10.2026 / 12:08
Beynəlxalq Qızlar Günü münasibətilə tədbir keçirilib

11.10.2026 / 10:51
Estoniya Tramp-Putin razılaşmasına üsyan etdi - Ukraynanın Rusiyanın neft zavodlarını xarabalığa çevirməsinə dəstək verəcəyik…

11.10.2026 / 10:33
ABŞ Konqresi Rusiya neftinin bütün alışlarını qadağan edən qanun layihəsi hazırlayır

11.10.2026 / 09:28
Türkiyədə 15 yaşdan kiçik uşaqların sosial mediadan istifadəsinə qadağa qoyulur…

11.10.2026 / 09:10
Səudiyyəyə qanlı hücum… Ər-Riyad hava limanı bombalandı - 12 ölü, yüzlərlə yaralı var...

10.10.2026 / 21:44
Tramp Putinlə danışdıqdan sonra Zelenski ilə bağlı qəti qərar verdi – o fürsəti əldən verdi, Ukraynanın yeni prezidentə ehtiyacı var…

10.10.2026 / 21:18
Berlin ABŞ-Rusiya dizel razılaşmasını rədd etdi - yeni sanksiyalardan imtina etməyəcəyik...

10.10.2026 / 20:30
Zelenski Trampın Rusiya dizelinə sanksiyaları ləğv etməsini "Putinə ad günü hədiyyəsi" adlandırdı - nəyə nail oldunuz…

10.10.2026 / 20:27
Yazıq uşaqlar... Heç dərk etmirlər ki, nə boyda bəlanın içinə düşüblər... - VİDEO

10.10.2026 / 19:48
Rusiyada bir sıra gürcü şərablarının və pivələrinin satışına qadağan qoyuldu…

10.10.2026 / 19:22
Finlandiya ruslara Avropaya turist vizalarının verilməsinin dayandırılmasına çağırdı...

10.10.2026 / 19:04
Tramp Zelenskinin ABŞ-ın tələblərini qulaqardına vurmasından sonra Rusiya ilə razılığa gəldi - Kiyevə kəşfiyyat dəstəyi də dayandırıla bilər…

10.10.2026 / 18:47
Trampdan İrana yeni mesaj - ya hər şeyi bizə verəcəksiniz, ya da yox olacaqsınız…

10.10.2026 / 17:53
Rusiya Kiyevdə Azərbaycan restoranını vurdu...

10.10.2026 / 17:17
Mollanəsrəddin lətifələrində memarlıq cizgiləri...

10.10.2026 / 16:33
Prezident İlham Əliyev və Ramzan Kadırov birgə nahar ediblər - FOTO

10.10.2026 / 16:04
Prezident İlham Əliyev və Kadırov “Bakı Ağ Şəhər”də olublar - FOTO

10.10.2026 / 15:47
Ramzan Kadırov Bakı-Qroznı təyyarəsinin qəzası ilə əlaqədar bir daha başsağlığı verib

10.10.2026 / 15:44
Prezident İlham Əliyev Ramzan Kadırovu qəbul etdi - FOTO

10.10.2026 / 14:40
Dünya səyyahları Cəbrayılda minaların zərərsizləşdirilməsi prosesini izlədi

10.10.2026 / 14:16
Pensiya kapitalında azalma ilə bağlı RƏSMİ açıqlama...

10.10.2026 / 13:55
Şahbaz Şərif Prezident İlham Əliyevə zəng edib

10.10.2026 / 12:16
Gündəlik kreditlərin gecikdirilməsi ilə bağlı yeni qayda qüvvəyə mindi

10.10.2026 / 11:50
MM deputatları, bir sıra QHT rəhbərləri ABŞ Konqresinin senator və Nümayəndələr Palatasının üzvlərinə müraciət etdi...

10.10.2026 / 11:38
Dünya səyyahları Horadiz-Ağbənd avtomobil və dəmir yolunda görülən işlərlə tanış olub

10.10.2026 / 11:07
Yazıçılar Birliyi üzvlük haqqını ödəməyənlərə növbəti dəfə xəbərdarlıq etdi - məsuliyyətli davransınlar...

10.10.2026 / 10:54
Bir sıra birinci instansiya məhkəmələrinə hakimlər təyin edildi - SƏRƏNCAM

10.10.2026 / 10:50
Azərbaycan-Gürcüstan dövlət sərhədinin delimitasiyası və demarkasiyası üzrə Dövlət Komissiyasının yeni tərkibi təsdiqlənib

10.10.2026 / 10:15
907-ci düzəliş birdəfəlik ləğv olunmalıdır - ABŞ administrasiyasına çağırış edildi...

10.10.2026 / 09:08
"Putin Azərbaycan və Ermənistan arasında münaqişəni həll etdiyimə inana bilmirdi" - ABŞ Prezidenti

10.10.2026 / 08:10
İsrail Suriya-Livan sərhədini bombaladı - terrorçu Hassuna görə

Dövlətçilik tarixinə siyasi-ideoloji baxış, milli-mədəni mühitin mühafizəsi...

XƏBƏR ARXİVİ