Avropa İttifaqının Ermənistandakı Mülki Monitorinq Missiyası (EUMA) X-də postunu redaktə edərək, Yerasx metallurgiya zavodundan avadanlıq və materialların başqa yeni yerə köçürülməsi ilə bağlı hissəni silib.
Xatırlayırıq ki, missiya əvvəllər yazmışdı ki, Aİ-nin Ermənistandakı missiyası öz iştirakı ilə avadanlıq və materialların yeni yerə təhlükəsiz daşınmasına töhfə verir. Redaktə edilmiş versiyada isə deyilir: “Mövcudluğumuz vasitəsilə biz daha təhlükəsiz və daha təhlükəsiz mühitin yaradılmasına töhfə vermişik”.
Artıq açıq-aşkar görünür ki, Aİ Ermənistanda dərindən yuva salmağa, ona aid olan və olmayan sahələrə baş soxmağa qərarlıdır. Həm də bu işlərdə tez-tez yalanlar, “redaktələr” variantından gen-bol istifadə edilir. Dünən dediyini bu gün təkzib etmək avropalı diplomatların köhnə peşəsidir. Sadəcə Ermənistanla bağlı məsələlərdə bu onlarda əla alınır...
Mətləb Salahov