Ermənistan mətbuatı yenidən baş naziri Nikol Paşinyanın hökumətdə təmsil olunan bəzi nazirləri dəyişmək niyyətində olduğu barədə yazılar dərc etməyə başlayıb. Ermənistan mediası xüsusilə son proseslər zamanı uğursuz duruma düşən Ermənistan hökümətinin N.Paşinyanı qane etmədiyi üçün kabinetdə radikal qərarlar qəbul edəcəyini yazır.
“Qraparak” qəzeti isə yazır ki, artıq N.Paşinyan gizli toplantı keçirərək hökümət kabinetindən uzaqlaşdırılacaq nazirlər barədə yekun qərar verib. Erməni qəzeti iddia edir ki, bu barədə hələ rəsmi qərar qəbul olunmadığından baş verəcək dəyişikliklər barədə xəbər gizli saxlanılır.
Qəzetin yazdığına görə, hökümət məbələrində artıq 2 nazirin "qələminin qırıldığı" barədə məlumat dolaşır.
Mətləb Salahov