Nikol Paşinyan hakimiyyəti Rusiyadakı “dostlarını” arzuolunmaz şəxslər siyahısına salmaqda israrlı görünür. Artıq Rusiya Ermənistanla Dostluq və Əməkdaşlıq Cəmiyyətinin sədri Viktor Krivopuskov Ermənistana girişi "arzuolunmaz şəxslər" siyahısına əlavə edilib. “Panorama.am” nəşrinin yazdığına görə V. Krivopuskov 2009-2013-cü illərdə “Rossotrudniçestvo”nun Ermənistandakı nümayəndəliyinin rəhbəri, Rusiya Federasiyasının Ermənistan Respublikasındakı səfirliyinin müşaviri olub.
Xatırladaq ki, bundan əvvəl jurnalist, “News Media” nəşriyyatının baş direktoru və prezidenti Aram Qabrelyanov Ermənistana buraxılmayıb. Bundan başqa, Dövlət Dumasının MDB işləri üzrə komitəsinin birinci müavini Konstantin Zatulin və RT-nin baş redaktoru Marqarita Simonyanın Ermənistana girişi qadağan edilib. Belə görünür ki. N.Paşinyan daha bir çox şəxsləri də Ermənistan üçün “arzuolunmaz şəxslər” siyahısına daxil edəcək. Bu axırıncı deyil, həm də axarıncıdır...
Mətləb Salahov