Hanter Baydenin vəkili Kristofer Klark bildirib ki, müvəkkilinin atası ABŞ prezidenti Cozef Bayden oğluna qarşı mümkün məhkəmə prosesində müdafiə şahidi olacaq. Bu barədə “Politico” məlumat yayıb.
Onun sözlərinə görə, 2022-ci ildə Hanter Baydenə qarşı aparılan istintaqla bağlı mediada yayılan məlumatlar “qanunsuz sızma”dır. Vəkil hesab edir ki, ABŞ Ədliyyə Nazirliyi prezidentin oğluna ittiham irəli sürərsə, o zaman onun vəkilləri Ağ Ev rəhbərini şahid qismində çağıracaqlar. “Prezident Bayden, şübhəsiz ki, istənilən cinayət məhkəməsində müdafiə şahidi olacaq”.
Mətləb