"Ermənistan" fraksiyasından parlamentin deputatı Gegam Manukyan Facebook səhifəsində maraqlı açıqlama yazıb. "Aysor.am" saytının yazdığına görə, erməni deputat Qafan aeroportunda Azərbaycan bayrağının dalğalandığından bəhs edib və Nikol Paşinyanı “topa tutub”: "Neçə həmvətənimiz gizli razılığa əsasən, 2020-ci ilin dekabr ayından etibarən endiyi hava limanının üzərində Azərbaycan bayrağının dalğalandığını görüb və ya bilir?
Dünən Nikol həmvətənlərimizə başqa bir nağıl danışdı və tezliklə Kapan (Qafan) hava limanından müntəzəm uçuşların başlayacağı ilə öyündü. Nikolun gəlişindən bir neçə saat sonra Ermənistan sərhəd qoşunları artıq məlumat veriblər ki, azərbaycanlı hava limanına yaxınlaşıb və onun istiqamətində atəş açıb. Xəbərdən aydın olur ki, cavab atəşi olmayıb və erməni sərhədçiləri azərbaycanlıları "insidentlə bağlı lazımi araşdırma aparmağa və bu cür insidentlərin təkrarlanmasının qarşısını almaq üçün tədbirlər görməyə" çağırırlar. Üstəlik, bu məsələdə əməkdaşlığa hazırıq. Xatırladım ki, Ermənistan Milli Təhlükəsizlik Xidmətinin Sərhəd Qoşunlarının komandanı bir neçə ay bundan əvvəl işdən çıxarılıb.
Bu, bu gücün vəd etdiyi gələcək və dünyadır, hətta öz ərazinizi də hücumlardan qorumaq üçün qərar verə bilməzsiniz. Təhlükəsizlik və müdafiə sistemlərini çoxdan məhv etdilər. Eyni məhvi bu gün də davam etdirirlər.", - Manukyan yazıb.
Mətləb