Bakının Yasamal parkında gəzintiyə çıxmış tanınmış ziyalılardan biri redaksiyamızın əməkdaşları ilə əlaqə saxlayaraq, parkda skuter sürənlərin əməlli-başlı xaos yaratdıqlarını bildirdi.
"Bunlara bir nəzarət edən olmalı deyil ki?! Parkda yaşlı, qadın, uşaq istirahəti üçün məqbul şərait olsa da, bu skuterlər imkan vermir. Böyük sürətlə şütüyürlər. Məgər bunlar parklarda sürmək üçündür? Onların gəzintisi üçün ayrıca zolaqlar niyə salınmır? Elə indicə skuterlə bir yaşlı qadını vurub yerə sərdilər. Xoşbəxtlikdən, ciddi bir xəsarət olmadı. Ancaq hadisələr həmişə salamat sonluqla bitmir ki... Hər şey ola bilər"- deyə Bakı sakini öz narazılığını ifadə etdi.
Araşdırma və sorğularımız göstərdi ki, Bakının əksər parklarında oxşar vəziyyətlər hökm sürür. Skuterlərin iştirakı ilə yol hadisələrinin getdikcə artdığı da ictimaiyyətin diqqətindən qaçmır.
Bütün hallarda, problemin bir qanuni həll yolu olmamış deyil.
Zümrüd