Dövlətin koronavirus infeksiyasının daha geniş yayılmasının qarşısının alınması istiqamətində həyata keçirdiyi bütün tədbirlər, o cümlədən də respublikamızda karantin rejiminin tətbiq edilməsi vətəndaşların dəstəyini qazanıb. Bu ağır günlərdə Azərbaycan polisinin və Azərbaycan həkiminin oynadığı rol, gördüyü işlər vətəndaşlar tərəfindən yüksək dəyərləndirilir.
Şirvan şəhərindən sahibkar Qurbanxan Dəmirov Prezidentə yazdığı məktubda həm ölkə başçısının rəhbərliyi ilə həyata keçirilən mübarizə tədbirlərini, həm də bir həkimlərin, polislərin fədakar əməyini təqdir etdiyini yazır:”Sizin misilsiz idarəçiliyiniz altında ölümcül virusa qarşı mübarizə tədbirləri aparılır. Bu bəlaya qarşı tək dövlət strukturları deyil, cəmiyyətin bütün üzvləri fəal mübarizlik göstərməlidirlər. Təbii ki, bu işdə ağ xalatlı mübariz həkimlərin və polis orqanlarının xidməti təqdirəlayiqdir. Mən bu gün həkimlərin fəaliyyətini Böyük Vətən Müharibəsi illərinə bənzətmək istərdim. Çünki ən çox risq altında olan həkimlərdir”.