“Sizin tərəfinizdən biz həkimlərin fədakar əməyinə verdiyiniz yüksək qiymət, atdığınız sosialyönümlü addımlar ziyalılar, tibb işçiləri və bütün əhali tərəfindən hədsiz razılıq hissi ilə qarşılanır. Sizin bu qətiyyətli addımlarınız xalqımızın ağır fəsadlar törədə biləcək pandemiyadan tezliklə və az itkilərlə çıxacağına böyük əminlik yaradır”.
Bu fikirləri Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə həyata keçirilən koronavirusla mübarizə tədbirləri ilə bağlı Prezidentə yazdığı dəstək məktubunda Biləsuvar rayonundan Respublikanın Əməkdar həkimi Məmmədov Fail Zöhrab oğlu bildirib.
F. Məmmədov dünyanı bürümüş koronavirus pandemiyasına qarşı respublikamızda Prezident tərəfindən həyata keçirilən qabaqlayıcı tədbirlərin ölkə əhalisi tərəfindən çox böyük razılıqla qarşılandığını da qeyd edir. “Məhz Sizin məqsədyönlü tədbirləriniz nəticəsində xalqımız bu bəladan uğurla qorunur. Sevinirik ki, vətənimiz Azərbaycan hazırda bu pandemiyadan ən az zərər çəkən ölkələr sırasındadır. Bu bir daha göstərir ki, Azərbaycan Prezidenti həmişə öz xalqının yanındadır, onun sağlamlığı dövlət başçısı üçün ən prioritet məsələdir”- deyə səhiyyə xadimi Prezidentə dəstək məktubunda qeyd edib.